Qafqaz Universiteti tərəfindən keçirilən "Yeni fikir" müsabiqəsi bu ayın sonunadək başa çatacaq
Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/
Qafqaz Universiteti tərəfindən keçirilən "Yeni fikir" müsabiqəsi mayın sonuna kimi başa çatacaq.
Universitetdən çərşənbə günü Trend-ə verilən məlumata görə, müsabiqələrin nəticələrinə əsasən 5 ən yaxşı iş fikrinin müəllifləri Qafqaz Universitetinin texnoparkının İnkubasiya Mərkəzində bir il müddətində ofislə təmin ediləcəklər. Ən yaxşı 3 iş fikirinin müəllifləri isə bununla yanaşı, Türkiyənin qabaqcıl universitetlərindən olan ODTU, İstanbul Texniki Universiteti, Yıldız Texniki Universitetinin texnoparklarında da 1 aylıq ofis imkanı əldə edərək, bu texnoparkların ekosistemindən istifadə edə biləcəklər.
2013-cü ilin yanvar ayında Qafqaz Universitetinin Elmi Şurasının qərarı ilə təsis edilən Qafqaz Universiteti texnoparkı ("QUTechnopark") texnopark ekosisteminin formalaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri isə Yeni Fikir Müsabiqəsidir (YFM). Müsabiqənin əsas məqsədi gənclər arasında sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsidir.
Müsabiqədə müxtəlif sahələr üzrə (startup ideyasl, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramlarl, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları, istehlakçı elektronikası və s.) yeni iş fikirlərinin inkişafı təmin ediləcək. YFM-nin təmin edilməsi üçün www.yenifikir.az elektron veb səhifəsi də istifadəyə verilib. YFM-ə 150 komanda yeni iş fikri ilə mürəciət edilmişdir ki, onlardan da 85-i layihələşdirilərək qeydiyyatdan keçib. Müsabiqənin gedişində ilkin qiymətləndirmədən 57 yeni iş fikri 2-ci mərhələyə vəsiqə qazanıb. Müsabiqənin 2-ci mərhələsi aprelin 19-20-də keçirildi və 19 yeni iş fikri finala vəsiqə qazandı.
http://az.trend.az/news/society/2145775.html