Qafqaz Universitetində “5-ci Gənclik Şənliyi”

Qafqaz Universitetinin təşkilatçılığı ilə universitetin şəhərciyində Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “5-ci Gənclik Şənliyi” adlı tədbir keçirilib. 

Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç H. Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “5-ci Gənclik Şənliyi”nin adının belə qoyulmasını H. Əliyevin hər zaman “Türk dünyasının gələcəyini gənc nəsillərdə görürəm” deməsi ilə əlaqələndirdi. Heydər Əliyev irsində Vətən sevgisi, Azərbaycan sevgisi - azərbaycançılıq hissi, xalq, millət sevgisi, dil sevgisi, milli mədəniyyət sevgisi xüsusi yer tutur. O, bunları insan üçün mənəvi əsas kimi qəbul edirdi. Vətənə - Azərbaycana, millətə, dilə, dinə, milli-mənəvi dəyərlərə hörmət və sevgi hər bir türk gəncinin ruhundadır. Öz xalqının milli-mənəvi gücünə, milli mədəniyyətinə, söykənə-söykənə Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu və onun ideoloji əsaslarını yaratdı. Dahi liderimizin mənalı həyat yolu gələcək inkişafın təminatçısı olan gənc nəslimizin təlim və tərbiyəsi üçün əsl nümunədir. Heydər Əliyev müasir gənclər siyasətinin banisidir. Heydər Əliyev yolunun davamçısı olan cənab prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə son illər dövlətin gənclərə olan xüsusi diqqət və qayğısı danılmazdır. Rektor, təhsil sahəsində Qafqaz Universiteti gəncləri üçün də əlverişli imkanların açılmasından danışdı. 2007-ci ildə dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan sərəncamla "Gənclər ili" elan edildi. 2007-ci il gənclərin həyatında unudulmaz iz buraxdı. Gənclərimiz fəal həyata qoşularaq müxtəlif layihələrin iştirakçıları olurlar. Bu il Qafqaz Universitetinin gəncləri üçün də uğurlu olmuşdur. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə tələbələrin “Univiziya” II mahnı müsabiqəsi keçirilmişdir. Qafqaz Universitetinin təmsilçisi Zərrin Mahmudzadə birinci yerin qalib elan olunub. Rektor Universitetin nəaliyyətlərindən geniş söz açdı. 
Sonra Qafqaz Universitetində hər il ənənəvi olaraq Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilən Tələbələrin “Gənclik Şənliyi” çərçivəsində 3000-dən çox tələbənin sərbəst səsvermə əsasında müxtəlif nominasiyalar üzrə “ilin adamları”ı seçir və bu şənlikdə nominantlara mükafatlar təqdim edilir. Bu ildə ənənəvi olaraq “ilin adamları”ı mükafatı verildi. Qafqaz Universitetinin Riyaziyyat və İnformatika bölməsinin müəllimi Bəhman Məmmədov İlin müəllimi, İlin yerli şirkəti Sokar ARDNŞ, İlin xarici şirkəti DİA 

Holdinq, İlin iş dünyasında uğur qazanmış Qafqaz Universitetinin Kompyuter Mühəndisliyi 2002-ci il məzunu Teymur Hacıyev, İlin sosial fəaliyyətlərdə uğur qazanmış məzun- Qafqaz Universitetinin Ərəb dili və Ədəbiyyatı bölməsi Əkbər Ağamalıyev, İlin rejissoru- ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayev, İlin elm adamı Bakı Dövlət Universitetinin rektoru, Millət vəkili akademik Abel Məhərrəmov, İl ərzində Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında xüsusi xidməti olan şəxs – Heydər Əliyev Fondunun Rusiya rəhbəri, “Baku” jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyeva, İlin aktyoru- aktyoru Elməddin Cəfərov adları elan olundu. İştirak edə bilməyən mükafatçılar daha sonra rekor tərəfindən mukafatları veriləcəkdir.Sonra Azərbaycanın tanınmş sənət adamları universitetin tələbə klubları Tədbiri bədii hissə ilə davam etdirilib. 
Tədbir münasibətilə universitet şəhərciyində tələbələrin bədii və intellektual yaradıcılığının məhsulu olan əsərlərdən, rəsmlərdən, əl işlərindən, maketlərdən və s. ibarət sərgi nümayiş olunub.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF