“IEEE Xplore Rəqəmsal Kitabxananın İnnovativ Tədqiqatlarda Səmərəli İstifadəsi” mövzusunda seminar keçiriləcək
Mayın 27-də (saat 11:00 - 12:30) Qafqaz
Universitetində "IEEE Xplore Rəqəmsal Kitabxananın İnnovativ
Tədqiqatlarda Səmərəli İstifadəsi" mövzusunda "IEEE Professional
Seminar"ı keçiriləcək.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə "IEEE Azərbaycan" şöbəsinin sədri, Qafqaz Universitetinin Kompüter mühəndisliyi bölməsinin rəhbəri, professor Abzetdin Adamov məlumat verib. Onun sözlərinə görə, seminarda "Akademik üstünlük və tədqiqat üçün IEEE xidmətləri", "Ali təhsil və tədqiqatda rəqəmsal resurslar", "IEEE Xplore Rəqəmsal Kitabxana sürətli faktlar", "IEEE informasiyasını kim və nə üçün istifadə edir?", "IEEE zəruri informasiyaya qapı kimi", "Axtarışınıza necə başlamalı?", "Şəxsi ayarlar - IEEE hesabı", "Axtarışlarınızın saxlanılması və ehtiyatın sazlanması", "Axtarış tarixi ilə başlama", "İrəli axtarış" mövzuları ilə bağlı məruzələr dinləniləcək. Seminarda iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir.
Ətraflı məlumat və qeydiyyat üçün ttp://ieee.qu.edu.az; https://www.facebook.com/events/127893017410949/ ;"http://chapters.computer.org/azerbaijan/ saytlarına daxil olmaq mümkündür.
Qeyd edək ki, "IEEE Xplore" Elektron Kitabxanası 170 dövlətdən 400.000 çox üzvü olan 125 illik keçmişə sahib nüfuzlu Elektrotexnika və Elektronika Mühəndislər İnstitutu (http://www.ieee.org) tərəfindən təsis olunub. "IEEE Xplore" ən yüksək impakt faktora malik jurnalları və texnoloji tədqiqatların nəticələrini özündə saxlayır. 3.5 milyon tam mətnli elmi məqalə ilə "IEEE Xplore" energetika, elektronika, aero-kosmonavtika, nanotexnologiya, robototexnika, telekommunikasiya, kompüter elmləri və digər mühəndislik və texnologiya sahələrini əhatə edərək dünyanın 30 faizdən çox müasir ədəbiyyatını mütəxəssislərə çatdıran yeganə imkandır.
Həqiqət İSABALAYEVA
http://www.ictnews.az/read-24082-news-1.html