Qafqaz Universiteti daha bir yeniliyə imza atdı.

Qafqaz Universiteti 01.05.2013 - cü il tarixində daha bir yeniliyə imza atdı.Beləki Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezident Məmməd Qurban oğlu Musayevlə  Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç arasında əlaqələrin möhkəmləndirilməsi sahəsində birgə fəaliyyət göstərmək məqsədilə əməkdaşlıq razılaşması  imzalandı. 
Əməkdaşlıq razılaşmasında əsas məqsəd Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK)-nın sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin Universitetdə istifadəsinə, Universitet müəllimlərinin və tələbələrinin ASK-nın fəaliyyətinə cəlb edilməsinə və ASK  ilə Universitet arasında Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafının əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsindən ibarətdir.
Əməkdaşlıq razılaşmasının imzalanmasından sonra Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç  Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının  prezidenti  Məmməd  bəyi  Universitetlə daha yaxından tanış etmək məqsədi ilə universitet daxilində gəzərək ətraflı məlumat verdi.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır