Qafqaz Universiteti Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə əməkdaşlıq razılaşması imzalayıb
Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayevin verdiyi
məlumata görə, əməkdaşlıq razılaşmasında əsas məqsəd Azərbaycan
Sahibkarlar Konfederasiyasının (ASK) sərəncamında olan potensial üzrə
müasir bilik və təcrübəni universitetdə istifadə etmək, universitet
müəllimlərinin və tələbələrini ASK-nın fəaliyyətinə cəlb etmək və ASK
ilə universitet arasında Azərbaycan Respublikasında sosial-iqtisadi
inkişafın əsas amili kimi biznes mühitini inkişaf etdirməkdir.
R.Rzayev həmçinin bildirib ki, bu razılaşma ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərməsinə də yardım edəcək.
Qeyd edək ki, əməkdaşlıq razılaşmasının imzalanmasından sonra Qafqaz Universitetinin rektoru Ahmet Saniç Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidentini universitetlə daha yaxından tanış edib.
http://www.azxeber.com/index.php?action=static_detail&static_id=32900