Heydər Əliyev -Azərbaycan tarixinin parlaq siması



Azərbaycanın hər bir yerində dahi Heydər Əliyevin xatirəsi anılır, ona dərin hörmət, ehtiram bildirilir. Bu gün ənənəvi olaraq  Qafqaz Universiteti gənclərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan  olmasının 90 illiyi münasibətilə təşkil olunan V Gənclik Şənliyi keçirildi. Tədbir M. Maqamayevin “Azərbaycan” musiqisinin sədaları altında müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin ifasında “Azərbaycan” şerinin səsləndirilməsi ilə başladı. Bütün ömrünü Azərbaycanın rifahına həsr etmiş dahinin damarlarda qanı donduran bu kövrək ifasının ardınca çıxış edən  Qafqaz Universitetinin rektoru, professor, doktor  Ahmet Saniç qeyd etdi ki, bəşər tarixi müxtəlif liderlik nümunələri ilə zəngindi. Lakin bütün dövrlər üçün və bütün xalqın lideri olmaq siyasət tarixinin unikal hadisələrindəndir.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə  “Birinci Ol!” şüarı  ilə keçirilən “Univiziya” tələbələrin II mahnı müsabiqəsi və “Tələbə baharı” VII Ümumrespublika tələbə yaradıcılığı festivalında müxtəlif nominasiyalar üzrə uğur qazanan  özfəaliyyət kollektivlərinin və Dərbənd şəhər musiqi məktəbi şagirdlərinin ifasında bir-birini əvəz edən şən nəğmələr, rəqslər, Patomim teatrı aktyorlarının duzlu, məzəli zarafları ilə müşayət olunan Şənlikdə respublikanın Xalq artisti Cavan Zeynallı, əməkdar artisti Elza Seyidcahan,  illüzianist Elmar İbrahimov, gənclərin sevimlisi olan gənc müğənnilər Fidan Süleymanova, Vüqar Murad, Emil Bədəlov, Yaşar Yusub öz çıxışlarını ərməğan etdilər.
Universitetin maraq klublarının şənlik boyu göstərdiyi fəaliyyət onların həm də illik hesabatı idi. Müstəqil yaradıcılıq və fəaliyyət növünü seçmiş klub üzvlərinin hazırladıqları  milli və qardaş xalqların mətbəxindən nümunələr, türk xalqlarının qədim sənət nümunələri, at sürmə yarışı, çərpələng uçurtma və s əyləcələr şənliyə xüsusi ab-hava gətirdi.
“Gənclik Şənliyi” çərçivəsində 3000-dən çox tələbənin sərbəst səsverməsi əsasında müxtəlif nominasiyalar üzrə seçiliən “ilin adamları”ına: İlin müəllimi – Riyaziyyat və İnformatika bölməsinin müəllimi -Bəhmən Məmmədov, İlin yerli şirkəti – SOKAR ( ARDNŞ), İlin xarici şirkəti -DİA Holdinq, İlin iş dünyasında  uğur qazanmış məzunu- QU Kompyuter Mühəndisliyi 2002-ci il məzunu Teymur Hacıyev, İlin sosial fəaliyyətlərdə uğur qazanmış məzunu- QU Ərəb dili və Ədəbiyyatı bölməsi 2012-ci il məzunu -Əkbər Ağamalıyev, İlin rejissoru- ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayev, İlin elm adamı - Bakı Dövlət Universitetinin rektoru, Millət vəkili– akademik Abel Məhərrəmov, İl ərzində Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında xüsusi xidməti olan şəxs – Heydər Əliyev Fondunun Rusiya rəhbəri, “Baku” jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri  Leyla xanım Əliyeva, İlin aktyoru- aktyor Elməddin Cəfərova mükafatlar təqdim edildi. “Univiziya” Tələbələrin II Mahnı müsabiqəsinin qalibi Qafqaz Universitetini təmsil edən Zərrin Mahmudzadəyə notbook hədiyyə edildi. Qeyd edək ki,  Zərrin Mahmudzadə iyun ayında Bakı şəhərində keçiriləcək Beynəlxaq “Univiziya” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcəkdir.
2012-2013-cü tədris ilinin ən fəal klubu- H. Z Tağıyev adına Yardım dərnəyi, “İlin klub məsləhətçisi” - mühəndislik bölümünün kordinatoru -Elməddin Heydərov, tələbə dərnəkləri arasında ənənəvi XII mini futbol turnirinin qalibi- “Mediya klubu” elan edildi.
Tədbirdə çıxış edənlər Heydər Əliyevin Azərbaycanın mədəniyyəti, təhsili, ümumiyyətlə, iqtisadi, sosial, mədəni, mənəvi və siyasi həyatındakı rolundan və onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlərdən bəhs edərək , ulu öndərin etimad göstərdiyi Qafqaz Universiteti rəhbərliyinə, əməkdaşlarına və tələbələrinə uğurlar arzuladılar .
                                                                                 Mədəniyyət şöbə müdirliyi

Nicat Yusifov

Instagram