Qafqaz Universiteti Texnoparkı 25 mart 2013-25 may 2013 tarixlərində təşkil etdiyi Yeni Fikir müsabiqəsinin (YFM) Final Mərhələsi uğurla başa çatıb.
Qeyd edək ki, Yeni Fikir müsabiqəsi təkcə Qafqaz Universiteti tələbələrinə deyil, Azərbaycanın bütün universitetlərinin tələbə və məzunları iştirak etmək hüququna malikdir. Yeni Fikir müsabiqəsinin keçirilməsində əsas məqsəd Azərbaycanda gənclər arasında sahibkarlığın inkişaf etdirilməsinə nail olmaqla yanaşı, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir.
19 layihə qrupunun yarışdığı finalda həm dövlət, həm də özəl sektorun tanınmış mütəxəssisləri münsiflər heyətində yer alıb. Final mərhələdə gərgin keçən təqdimatlardan sonra 19 layihə qrupunun təqdim etdiyi yeni iş fikirlərindən ən yaxşı beşi qalib komanda olaraq münsiflər heyəti tərəfindən elan edildi: 1-ci yer: “Alternativ Yanacaq” adlı iş fikri qrupu (Qafqaz Universitetinin tələbələri) 2-ci yer: “İwanna” adlı iş fikri qrupu (ATU, T.C. Qazi Universiteti və Qafqaz Universitetinin tələbələri) 3-cü yer: “Hyper Buyer” adlı iş fikri qrupu (Qafqaz Universiteti və BDU-nun tələbələri) 4-cü yer: “Robototexniklər” adlı iş fikri qrupu (ADİU və Qafqaz Universitetinin tələbələri) 5-ci yer: “Gənc Riyaziyyatçılar” adlı iş fikri qrupu (Qafqaz Universitetinin tələbələri) Müsabiqənin Yekun Proqramında finalada iştirak edən hər bir gənc təşəbbüskar, Qafqaz Universiteti Rekroru və QUTechnopark rəhbərliyi tərəfindən, təklif etdikləri iş fikirlərinin adını daşıyan sertifikatlara layiq görüldülər. İlk beş yeri tutan iş fikirləri isə 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci dərəcəli diplomlarla təltif edildirlər. Elan edildiyi kimi, ilk beş yerə layiq görülən iş fikri qrupları təklif etdikləri ideyalarının gerçəkləşdirilməsi üçün 1 il müddətinə QUTechnopark tərəfindən İnkubasiya Mərkəzində ofislə təmin olunacaqlar. Qaliblər “Azercell Telekom” MMC tərəfindən hədiyyələrlə mükafatlandırıldı. İlk 3 yeri qazanan iş fikri qrupları isə əlavə olaraq bir ay müddətində Türkiyə Cümhuriyyəti Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Yıldız Texniki Universiteti texnoparklarında təcrübə keçmək imkanı qazandılar.
Müsabiqədə müxtəlif sahələr üzrə (mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları, istehlakçı elektronikası və s.) yeni iş fikirlərinin inkişafı təmin ediləcəkdir. YFM-nin təmin edilməsi üçün www.yenifikir.az elektron veb səhifəsi də istifadəyə verilib.
http://www.hafta-ichi.az/mob/news.php?id=91720
Bəhruz