Türkiyənin İzmir şəhərində 140 ölkənin iştirak etdiyi XI Türkçə olimpiadları proqramı çərçivəsində sərgi təşkil olunub.
“Qafqazinfo”nun sərgidə iştirak edın müxbirinin verdiyi məlumata görə, orada müxtəlif ölkələrin mədəniyyətinə aid stendlər öz əksini tapıb. Sərgidə ən böyük stend Azərbaycana məxsusdur. Stenddə Azərbaycanın mədəniyyət irsini əks etdirən İçərişəhər, Qız qalası, Nizami Gəncəvi, Möminə Xatun türbəsi, Qoşa Qala qapısının maketləri sərgi iştirakçılarına nümayiş olunub. Eyni zamanda Azərbaycanın incəsənət nümunələri, mətbəxi, milli geyimləri, tarixi əşyaları, musiqi alətləri, sərgini seyr etməyə gələn insanların geniş marağına səbəb olub. Belə ki, 3 gün ərzində ba tutacaq stenddə seyrcilər Azərbaycan mətbəxinin şirniyyatlarından olan 20000 ədəd şəkərbura, paxlava, və 50 min ədəd qoz və digər mürəbbələrin paylanılacaq. Stenddə Avopa, Asiya. Amerika, türk dövlətlərinin –ayrı-ayı stendləri göz oxşayıb. Sərgi mərkəzini görməyə çox sayda nsan kütləsi qatılıb
Bundan sonra Türkçə olimpiadaların final mərhələsi çərvisəsində Azərbaycanı bu yarışmada təmsil edən iştirakçıların konserti baş tutub. Konsert İzmir kültür parkındakı Atatürk amfiteatr səhnəsində keçirilib. Finalın bir addımlığında olan seçilmiş iştirakçılar mahnı, şeir, rəqs nömrələri altında çıxış ediblər. Azərbaycanı təmsil edən iştirakçıları izləməyə çox sayda İzmir əhalisi gəlib. Çıxış edən ifaçıların məharəti, istedadı tamaşaçıların böyük marağına səbəb olub və sürəkli alqışları ilə müşayiət olunub.
Konsertdə Azərbaycan tərəfindən 500 -ə yaxın nümayəndə və çox sayda jurnalist heyəti iştirak edib. Eyni zamanda tədbirə "Çag Öyrətim" işlətmələrinin prezidenti Ənvər Özərən, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Mesut Kurnaz və bir sıra rəsmi şəxslər qatılıb.
Konsert tamaşaçılarına Azərbaycan bayrağı, Azərbaycan sözü yazılmış şarlar, şəkilli yelpazalar, tanıtım buraşuları paylanılıb.
Günel Türkso