Yeni Fikir Müsabiqəsi uğurla başa çatdı
QUTechnopark-ın (Qafqaz Universiteti Texnoparkı) 25 Mart 2013-25 May 2013 tarixlərində təşkil etdiyi Yeni Fikir Müsabiqəsinin (YFM) Final Mərhələsi uğurla başa çatdı. 19 layihə qrupunun yarışdığı finalda həm dövlət, həm də özəl sektorun tanınmış mütəxəssisləri münsiflər heyətində yer aldı.
Xatırladaq ki, istər Qafqaz Universiteti, istərsə də digər təhsil ocaqlarından olmaqla gənc təşəbbüskarlar tərəfindən YFM-yə 150 komanda yeni iş fikri ilə mürəciət edilmişdir ki, onlardan da 85 iş fikri layihə şəklində qeydiyyatdan keçmişdir. Müsabiqənin gedişində ilkin qiymətləndirmədən 57 yeni iş fikri 2-ci mərhələyə vəsiqə qazanmışdı. Nəhayət, Final Mərhələdə gərgin keçən təqdimatlardan sonra 19 layihə qrupunun təqdim etdiyi yeni iş fikirlərindən ən yaxı beşi, qalib komanda olaraq, münsiflər heyəti tərəfindən elan edildi: 1-ci yer: “Alternativ Yanacaq” adlı iş fikri qrupu (Qafqaz Universitetinin tələbələri) 2-ci yer: “İwanna” adlı iş fikri qrupu (ATU, T.C. Qazi Universiteti və Qafqaz Universitetinin tələbələri) 3-cü yer: “Hyper Buyer” adlı iş fikri qrupu (Qafqaz Universiteti və BDU-nun tələbələri) 4-cü yer: “Robototexniklər” adlı iş fikri qrupu (ADİU və Qafqaz Universitetinin tələbələri) 5-ci yer: “Gənc Riyaziyyatçılar” adlı iş fikri qrupu (Qafqaz Universitetinin tələbələri) Müsabiqənin Yekun Proqramında finalada iştirak edən hər bir gənc təşəbbüskar, Qafqaz Universiteti Rekroru və QUTechnopark rəhbərliyi tərəfindən, təklif etdikləri iş fikirlərinin adını daşıyan sertifikatlara layiq görüldülər. İlk beş yeri tutan iş fikirləri isə 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci dərəcəli diplomlarla təltif edildirlər. Elan edildiyi kimi, ilk beş yerə layiq görülən iş fikri qrupları təklif etdikləri ideyalarının gerçəkləşdirilməsi üçün 1 il müddətinə QUTechnopark tərəfindən İnkubasiya Mərkəzində ofislə təmin olunacaqlar. Qaliblər Azercell Telekom MMC tərəfindən hədiyyələrlə mükafatlandırıldı İlk 3 yeri qazanan iş fikri qrupları isə, əlavə olaraq, bir ay müddətində Türkiyə Cümhuriyyəti Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Yıldız Texniki Universitetinin texnoparklarında təcrübə keçmələri təmin olunacaqlar. Qeyd edək ki, QUTechnopark YFM-ni hər il keçirməyi planlaşdırır. YFM-nin final mərhələsində Münsiflər Heyəti aşağıdakı tərkibdə idi. 1. prof. Vilayıt Vıliyev - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Iqtisadi Islahatlar Elmi-Tədqiqat Institutunun direktoru 2. Elmir Vəlizadə - Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini 3. İsbəndiyar Əliyev – Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirliyi İnformasiya Cəmiyyəti İnkişafı şöbəsinin rəisi 4. Gültəkin Hüseynova - Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm şöbəsinin müdiri 5. Fəzair Yusifov - SOCAR, Azerikimya İB Layihələr və Perspektiv İnkişaf şöbəsinin rəis müavini 6. Ahmet Yaman - “Azersun Holdinq”-in baş direktoru 7. Əbülfət Rəhmanov - SİNAM şirkətinin direktoru 8. Cəmilə Ömərova - “Embawood “ şirkəti İdarə Heyəti sədrinin müavini 9. Osman Gündüz - “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru 10. Cəsarət Valehli - İctimai Tv, Açıq Dərs proqramının müəllifi və aparıcısı 11. Ceyhun Kərəmov - BP Azərbaycan, Neft-qaz İxtisaslı Kadrların Təkmilləşdirilməsi Proqramının Meneceri (Rəhbəri) 12. Abdullah Tosun - TÜSİAB İdarə Heyətinin üzvü Yeni Fikir Müsabiqəsi QUTechnorak qurulduğu gündən etibarən texnopark ekosisteminin formalaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri isə Yeni Fikir Müsabiqəsidir (YFM). YFM-nin əsas məqsədi gənclər arasında sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsidir. Müsabiqədə müxtəlif sahələr üzrə (mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramlarl, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları, istehlakçı elektronikası və s.) yeni iş fikirlərinin inkişafı təmin ediləcəkdir. YFM-nin təmin edilməsi üçün www.yenifikir.az elektron veb səhifəsi də istifadəyə verilib. Yeni Fikir Müsabiqəsində təlimlər YFM-nin ümumi gedişində hər zaman gənclərə müxtəli təyinatlı görüşlər vasitəsilə yeni ideyaların formalaşdırılması və inkişaf etdirilməsi, eləcə də iş fikirlərinin biznesə çevrilməsinin təmin olunması yolları haqqında təlim və seminarlar verilmişdir. Finala vəsiqə qazanan yeni iş fikri qruplarına isə xüsusi yanaşaraq 26-27 Aprel tarixlərində tanınmış təlimçilər tərəfindən seminarlar verildi. Seminar-təlimlər QUTechnopark İnkubasiya Mərkəzində keçirildi. Əvvəlcə, Qafqaz Universiteti məzunları, hazırda isə StartUp fəaliyyətlərində uğur qazanaraq öz şirkətlərini formalaşdırmış Orxan Əhmədov (MultiBon LLC-nin təsisçisi və direktoru) və onun iş ortağı Coşqun Kərimov finalçı gənclərə “StartUp-çı olmaq nə deməkdir?” mövzusunda seminar verildi. Yeni fikirlərin yeni işlərə çevrilməsində əhəmiyyətli məqamlardan biri də ortaya çıxarılan yeni ideyaların müvafiq formada təqdim edilə bilinməsidir. Bu istər münsiflər heyəti qarşısında, istərsə də investor marağının cəlb edilməsində mühüm əhəmiyyətə malikdir. Ona görə də finalşılara “Təqdimat bacarıqları” mövzusunda seminarın verilməsi təmin edildi. Bu seminar Azercell Telekom MMC, Əlavə Dəyər Xidmətləri İdarəolunması Şöbəsi Partnyorluq bölməsinin mütəxəssisi Ceyhun Əliyev tərəfindən təqdim edildi. Hər birindən daha da maraqlı keçən təlimlər növbəti gün Orta Doğu Texniki Universiteti (ODTU) Texnoiparkının vitse-prezidenti, QUTechnopark İdarə Heyətinin üzvü, məşhur təlimçi Dr. Ufuk Batum tərəfindən davam etdirildi. Dr. Ufuk Batumun təqdimatında təşəbbüskarlıq, onun inkişaf etdirilməsi yolları, iş modeli kimi önəmli məslələr haqqında finalçılar zəruri informasiyalrı əldə etdilər. Hər bir finalçı U. Batum bəylə iş fikirləri haqında ərtaflı müzakirələr apara bildilər. Təşəbbüskar gənclərə iş fikirlərinin şirkətlə.dirilməsi istiqamətində verilən dəsətklərdən biri də Qafqaz Universitetinin müəllimi, Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin direktoru Odiljon Abdurazzakovun təqdimatında “Biznes-planın hazırlanması” seminarı oldu. İstər finalçılar, istərsə də digər StartUp-çı gənclərə yeni iş fikirlərinin inkişaf etdirilməsi üçün təlim-seminarlar QUTechnopark-ın təşkilatçılığı ilə davam etdirildi. YFM-də finala vəsiqə qazananlar hazırda yeni iş fikirlərini təkmilləşdirməkdə davam edirlər. Bu məqsədlə həmin iş fikirlərinin gerçəkləşdirilməsi və ideya müəllifi gənclərin həyata olan innovativ baxışlarının inkişaf etdirilməsi üçün QUTechnopark tərəfindən finalçılara informasiya dəstəyi ilə yanaşı, mentorluq (İş Mələyi) dəstəyi də təmin edildi. |