Qafqaz Universiteti daha bir yeniliyə imza atıb
Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd
Musayev və bir qrup əməkdaş Qafqaz universitetində təhsil müəssəsinin
maddi-texniki bazası ilə tanış olublar. Lent.az-ın məlumatına görə,
görüşdə ASK-nın prezidenti M. Musayev konfederasiyanın fəaliyyəti
haqqında ətraflı məlumat verərək bildirib ki, ASK-nın 5000 –dən çox
üzvü olan konfederasiyanın əhatə dairəsi tək ölkə sərhədləri ilə
məhdudlaşmır, xarici ölkələrlə də işgüzar əlaqələr yaradılır. Türkiyə
ilə, xüsusilə də TÜSİAB-la olan işbirliyini örnək göstərən M.Musayev
yaxın zamanlarda Türkiyədə Azərbaycanlı İş adamları Birliyinin
yaradılmasını da təqdirə layiq hal hesab edib.
Qafqaz Universiteti haqqında ətraflı məlumat verən universitetin rektoru Ahmet Saniç isə qeyd edib ki, təhsil müəssisəsi fəaliyyət göstərdiyi vaxtdan bu günədək daim qabaqcıl təhsil texnologiyalarını tətbiq edib və bir çox vacib yeniliklərə imza atıb. Görüş zamanı rektor ASK ilə əməkdaşlığa önəm verdiklərini, Qafqaz Universitetinin konfederasiya ilə birgə əməkdaşlığa hazır olduğunu dilə gətirib.
Sonda ASK ilə Qafqaz Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
http://m.lent.az/?c=show&id=123674