Qafqaz Universiteti daha bir yeniliyə imza atıb

Qafqaz Universiteti Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə əməkdaşlıq razılaşması imzalayıb.
Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəriRəcəb Rzayevin Gün.Az-a verdiyi məlumata görə, əməkdaşlıq razılaşmasında əsas məqsəd Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) sərəncamında olan potensial üzrə müasir bilik və təcrübəni universitetdə istifadə etmək, universitet müəllimlərinin və tələbələrini ASK-nın fəaliyyətinə cəlb etmək və ASK ilə universitet arasında Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın əsas amili kimi biznes mühitini inkişaf etdirməkdir.

R.Rzayev həmçinin bildirib ki, bu razılaşma ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərməsinə də yardım edəcək.

Qeyd edək ki, əməkdaşlıq razılaşmasının imzalanmasından sonra Qafqaz Universitetinin rektoru Ahmet Saniç Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidentini universitetlə daha yaxından tanış edib.

Mirvari Kamilqızı
Gün.Az
http://www.gun.az/social/71347

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır