27 Mayıs 2013 Pazartesi

Yeni Fikir Müsabiqəsinin qalibləri müəyyənləşib




Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir Müsabiqəsinin final mərhələsi uğurla başa çatıb.  Mövqe.az-ın məlumatına görə, əsas məqsədi gənclər arasında sahibkarlıq düşüncəsinin inkişafı olan müsabiqədə müxtəlif sahələr üzrə (mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramlarl, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları, istehlakçı elektronikası və s.) yeni iş fikirlərinin inkişafı təmin edilir.
Final mərhələdə 19 layihə qrupunun təqdim etdiyi yeni iş fikirlərindən beş ən yaxşı komanda qalib olaraq münsiflər heyəti tərəfindən elan edilib və onlar təklif etdiyi ideyaların gerçəkləşdirilməsi üçün 1 il müddətinə Qafqaz Universiteti Texnoparkının İnkubasiya Mərkəzində ofislə təmin olunacaqlar.

İlk 3 yeri qazanan komandalar isə əlavə olaraq bir ay müddətində Türkiyə Cümhuriyyəti Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Yıldız Texniki Universiteti texnoparklarında təcrübə keçmək imkanı qazanıblar.

Final mərhələsində iştirak edən layihələrin qiymətləndiirlməsində rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev iştirak ediblər.

http://www.movqe.az/v5/14062/Yeni_Fikir_M%C3%BCsabiq%C9%99sinin_qalibl%C9%99ri_m%C3%BC%C9%99yy%C9%99nl%C9%99%C5%9Fib/

Leyla RÜSTƏMOVA