Şərq mədəniyyəti və humanizm
Şərq mədəniyyəti ilk insan məskunlaşan eralardan başlayır. Dünyanın ən qədim xalqları bu ərazilərdə məskunlaşmışlar. Çin, İran, İndoneziya kimi qədim tarixi olan ölkələr Şərq mədəniyyətinə mənsubdurlar. Zaman keçdikcə insanlar bu ərazilərdə sivilizasiyaının əsanını qoymuşlar. Qazıntılar zamanı tapılmış qədim dövrə aid məbədlər, tikililər, abidələr burada yaşayan xalqların çox bacarıqlı və sənətkarlıq sahəsində çox irəli getdiklərini göstərir.
Şərq mədəniyyətinin daha geniş yayılması və öyrənilməsi məqsədilə Qafqaz Universitetində Mədəniyyət şöbəsi Dünyanın Şərq pəncərəsi klubu “Şərq təamları” adlı sərgi keçirdi. Sərgidə çeşitli şərq təamları, xüsusilə də düyüdən hazırlanan yeməklər xüsusi yer aldı. Media klubu da öz çəkiliş qrupu ilə tədbirdə iştirak etdi. Klub rəhbəri Cəmilə Əhmədova belə sərgilərin daha da geniş çaplı keçiriləcəyini söylədi.
Şərq mədəniyyətinin təzahürü- humanizm hissləri də elə bu sərgi ilə birlikdə nümayiş edildi. Mədəniyyət şöbəsi “H. Tağıyev adına Yardım Klubu” üzvlərinin təşkilatçılığı ilə “Ümid yeri” Cəmiyyətinin uşaqların əl işlərindən ibarət satış-sərgisi təqdim edildi. Sərgidən toplanan vəsait ehtiyacı olan uşaqlara yönəldildi. Qaygı və humanist hisslərini bölüşən seyrçilərin böyük marağına səbəb olan hər iki sərgi həm dadı , həm də gözəlliyi ilə xatirələrə köçdü.