Vahid Mustafayev "İlin rejissoru" adına layiq görüldü
07 May, 2013, Qafqaz Universitetində 3 mindən çox tələbə müxtəlif nominasiyalar üzrə “İlin adamı”nı seçib
Qafqaz Universiteti hər il olduğu kimi bu il də Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirdiyi tədbirdə müxtəlif nominasiyalar üzrə “İlin adamı”nı seçib. Tələbələrin gənclik şənliyi çərçivəsində 3 mindən çox tələbənin sərbəst səsverməsi əsasında ilin aktyoru, müğənnisi, müəllimi və rejissoru seçilib, həmin nominasiyalar üzrə mükafatlar təqdim olunub.Nominantlar arasında rejissor Vahid Mustafayev də var. Səsvermə zamanı o, “Xoca” filminə görə yekdilliklə “İlin rejissoru” adına layiq görülüb. Tədbirdə rejissor Vahid Mustafayevin adından Qafqaz Universitetinin Gənclər Təşkilatına fotoaparat hədiyyə olunub.
http://www.anspress.com/index.php?a=2&lng=az&nid=200647