Qafqaz Universitetində Türkmənistan günü.


Mayın 18-də Türkmənistanın əsas bayramlarından hesab edilən və türkmən xalqının nəsillərinin qədim mədəniyyətlə ayrılmaz əlaqəsini simvolizə edən İnkişaf, birlik və Məxtimqulu Fəraqi poeziyası Günü qeyd edilir. Türkmənistan-Azərbaycan münasibətləri, dostluğun və qardaşlığın nümunəsi olaraq Türkmənistan səfirliyi və Qafqaz Universiteti  Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə "İnkişaf, birlik və Məxtimqulu Fəraqinin şeir günləri”  adlı tədbiri  universitetin  rektoru Prof. Dr. Ahmet Saniç açaraq bir dil, mədəniyyət və tarixi irsin birləşdirdiyi xalqların adından ürək sözlərini söylədi. Ardınca çıxış edən Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Toyli Komekov Türkmənistan və Azərbaycanın zəngin birgə tarixi keçmişi, zəngin dostluq münasibətlərini vurğuladı. “Həmzə Nigaridən Məxtimquluya gedən yol” mövzusunda çıxış edən Qafqaz Universitetinin filologiya fakultəsinin müəllimi prof. Akif Hüseynli,  Məxtimqulu Fəraqinin əsərlərində dostluq və insan sevgisi” mövzusunda çıxış edən Türkiyə Cümhuriyyətindən təşrif buyurmuş dos. Ramazan Çakır bəy, “Məxtimqulu Fəraqinin həyat və fəaliyyəti” mövzusunda çıxış edən Türkmənistan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun baş elmi işçisi  Davud Orazsaxedov dünya şöhrətli şair Məxtimqulu Fəraqinin ədəbiyyat, elm və fəlsəfə vasitəsilə ümumbəşəri mədəniyyətin inkişafına qiymətli töhfə verdiyini bir daha diqqətə çatdırdılar. Sonra Qafqaz Universitetində təhsil alan türkmənistanlı tələbələrin ifasında mahnı və şeirlər səsləndirildi.
Qafqaz Universiteti Mədəniyyət şöbəsi.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF