Gənc Təşəbbüskarlar İş Mələklərindən dəstək alacaqlar
06 May, 2013, Bir qrup iş adamı ilə Qafqaz Universitetində görüş keçirildi. Görüş QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsində (YFM) finala vəsiqə qazanmış 19 layihə qrupunda yer alan gənc təşəbbüskarların ideyalarının gerşəkləşdirilməsinə dəstək məqsədi ilə təşkil edildi.
Əvvəlcə, QUTechnopark-ın missiyası və YFM haqqında iş
admalarına məlumat verildi. Sonara isə gənc təşəbbüskarlara necə dəstək
vermək lazım olduğu müzakirə olundu.
Görüşdə gənc təşəbbüskarlara dəstək vermək üçün hər bir iş adamının bir layihə qrupuna İş Mələyi (Mentor) təyin edilməsi razılaşdırıldı.
Xatlrladaq ki, İş Mələyi xidməti (mentorluq) dünya təcrübəsində geniş yayılmış metoddur ki, burada təcrübəli iş adamları gənc təşəbbüskarlara öz şirkətlərini formalaşdırarkən necə hərəkət etmələri, hansı problemlərin həllində necə davranmalı və sair kimi məsləhət xidmətləri göstərirlər. Bir sözlə qazanılmış təcrübə ilə gənc təşəbbüskarların daha dinamik inkişafına dəstək verilir.
http://www.qu.edu.az/view_news.php?news=3356&link=&lang=az