ABŞ nümayəndə heyəti “Qafqaz”da olub



Qafqaz Universiteti ABŞ-ın müxtəlif ştatlarını təmsil edən 200-dən çox nümayəndə heyətini qəbul edib. Nümayəndə heyəti “ABŞ-Azərbaycan: gələcəyə baxış” forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş senatorlar, dövlət nümayəndələri, müxtəlif universitetlərin rektorları və digər ictimai xadimlərdən ibarət olub. 
 
Bu münasibətlə keçirilən tədbirdə Qafqaz Universitetinin rektoru, pr. Ahmet Saniç rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, həmçinin universitetin gələcək planları barədə ətraflı məlumat verib. Daha sonra Qafqazın fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub. Qafqaz Universitetinin tələbəsi milli dəyərlərimizi nümayiş etdirmək məqsədilə mahnı ifa edib.
Proqram ərzində ABŞ nümayəndə heyətinin bir neçə üzvü Azərbaycan haqqında təəssüratlarını bölüşüblər. Onlar bildiriblər ki, Azərbaycan son illər həqiqətən də çox inkişaf edib. Onlar Bakının gözəlliyindən heyrətləndiklərini və bu yurdun insanlarının  qonaqpərvərliyindən təsirləndiklərini də vurğulayıblar.
Proqramın sonunda ABŞ nümayəndə heyətinin üzvləri Qafqaz Universitetinin şəhərciyini də gəziblər. “Qafqaz”la ətraflı tanışlıqdan sonra nümayəndə heyətinin üzvləri buradakı şəraitin onlarda xoş təəssüratlar yaratdığını bildiriblər.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF