QUTechnopark-ın nümayəndə heyəti “Universitet- sənaye əməkdaşlığının ictimai faydaları” konfrasında iştirak etdi
09-10 May 2013-cü il tarixlərində Türkiyə Cümhuriyyəti Düzcə Universitetində keçirilən ÜSİMP 2013 VI Konqresi “Universitet- sənaye əməkdaşlığının ictimai faydaları” mövzusunda konfras keçirildi.
Konfransda QUTechnopark (Qafqaz Universiteti Texnoparkı) İdarə Heyətinin üzvləri Dr. Şahin Durmaz və Dos. İsa Qasımov (QUTechnopark-ın müdiri) da iştirak etdi.
İki gün davam edən konfransda Universitet-sənaye əməkdaşlığının müxtəlif məqamları müzakirə olundu. Universitetlərdə mövcud olan elmi potensialın sənayenin ninkişafında tətbiqi, eləcə də təlim-tədris prosesində və elmi-tədqiqatların inkişaf etdirilməsində universitet-sənaye əməkdaşlığının əhəmiyyəti fərqli müstəvilərdə təhlil edildi. Universitet-sənaye əməkdaşlığında Texnoloji Transfer Ofislərinin mühüm əhəmiyyətindən və onun müxtəlif istiqamətlərindən geniş bəhs edildi. Müzakirələr zamanı bu sahə üzrə müxtəlif universitetlərdən gələn tədqiqatçılar arasında təcrübə mübadiləsi aparıldı.
Konfransdan sonra QUTechnork-ın nümayəndə heyəti Düzcə Universiteti və Kocaeli Universitetinin texnoparkları ilə yaxından tanış oldular.