"AZBENTONİT" MMC şirkətinə tələbə gəzintisi təşkil olundu

01 May, 2013, Qafqaz Universiteti Karyera Planlama Mərkəzi tələbələrin növbəti gəzintisini "AZBENTONİT" MMC şirkətinə təşkil etdi.

Gəzintidə məqsəd tələbələrimizin iş dünyasını daha yaxından tanımasını, karyeralarını daha dəqiq hədəfləmələrini təmin etməkdir. Gəzinti zamanı şirkət nümayəndələri tələbələrimizə şirkətin ümumi ərazisi,gördükləri işlər və planları haqqında məlumat verdilər.

Şirkətlə tanış olduqdan sonra tələbələrimizə çay qonaqlığı verən şirkət rəhbərliyi görüşdən razı qaldıqlarını bildirərək Qafqaz Universitetinin rəhbərliyi başda olmaqla bütün nümayəndələrinə öz minnətdarlığını bildirdilər.

Qafqaz Universiteti Karyera Planlama Mərkəzi tələbələrimizi iş dünyasıyla tanış etmək üçün  may ayı ərzində bir çox şirkətlərə gəzintilər planlaşdırır. 

http://www.qu.edu.az/view_news.php?news=3325&link=&lang=az

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde