Qafqaz Universiteti ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq əlaqələri genişlənir
Bakı, 2 may (AzərTAc). Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Qafqaz
Universitetində olmuşdur.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə bu ali məktəbin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat vermişdir.
Sonra Qafqaz Universiteti ilə ASK arasında əməkdaşlığa dair sənəd imzalanmışdır. Məqsəd sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi və digər məsələlərdir.
Qonaq universitetin tədris şəraiti ilə də tanış olmuşdur.
http://www.azertag.com/node/1086307