Qafqaz Universitetində “Riyaziyyat-məntiq” sərgisi açılmışdır

Bakı, 1 may (AzərTAc). Mayın 1-də Qafqaz Universitetində “Riyaziyyat-məntiq” sərgisi açılmışdır.
AzərTAc xəbər verir ki, açılış mərasimində Qafqaz Universiteti olimpiada komitəsinin sədri Bəhman Məmmədov sərgi barədə məlumat vermiş, onun əhəmiyyətini vurğulamışdır.
Universitetin pedaqogika fakültəsi tərəfindən təşkil olunmuş sərgidə riyaziyyata dair 100-dək riyazi oyun (əl işi) təqdim edilmişdir. Sərginin məqsədi riyaziyyata sevgi və marağı artırmaqdır.
Sonra iştirakçılar sərgi ilə tanış olmuşlar.
Sərgi Abşeron, Quba, Şamaxı, Lənkəran və digər rayonların orta ümumtəhsil məktəblərində də nümayiş etdiriləcəkdir.
http://www.azertag.gov.az/node/1085693

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde