Şəkidə "Tələbə baharı" festivalının qala konserti keçirilib








İştirakçıların bacarıqları tanınmış simaları olan münsiflər heyəti tərəfindən qiymətləndirib
Şəkidə “Tələbə baharı” ümumrespublika festivalının qala konserti keçirilib. Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə təşkil etdiyi konsert bu dəfə Şəki amfiteatrında baş tutub. Qala konsertində Azərbaycan Dillər Universiteti, Azərbaycan Pedoqoji Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Slavyan Universiteti, Qafqaz Universiteti, Odlar Yurdu Universiteti və Xəzər Universitetinin kollektivləri iştirak edib. Tələbələr milli və xarici rəqslər, Azərbaycan və xarici estrada mahnıları ilə münsiflər qarşısında öz bacarıqları ilə çıxış ediblər.

İştirakçıların müxtəlif nominasiya üzrə bacarıqları İlham Abdullayev, Cavan Zeynallı, Natavan Şeyxova, İlqar Xəyal, Gülyaz Məmmədova kimi tanınmış simaları olan münsiflər heyəti tərəfindən qiymətləndirib. Konsertdə Gənclər və İdman Nazirliyinin müavini İntiqam Babayev, ATGTİ-nin sədri Şahin İsmayılov, Şəki şəhər icra başçısı Elxan Usubov bir sıra qonaqlar və rayon ictimaiyyəti iştirak edib.

Festivalın keçirilməsində məqsəd tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.
Uğurla çıxış edən tələbələr, diplom və dəyərli hədiyyələr ilə mükafatlandırılıblar.

Qeyd edək ki, bu il 2-3 aprel tarixlərində Azərbaycan Dövlət Rus Dram Teatrında festivalın seçim mərhələləri keçirilib. Seçim turlarında 20-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif nominasiylar üzrə öz istedadlarını nümayiş etdiriblər.
http://www.anspress.com/index.php?a=2&lng=az&nid=204723

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF