Türkiyənin təhsil naziri Qafqaz Universitetini ziyarət etdi FOTOLAR
22 May, 2013, Ölkəmizdə səfərdə olan Türkiyənin təhsil naziri
və onun başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetinin tələbə
və müəllim kollektivi ilə görüşüb.
Qeyd edək ki, nazir Nabi Avcı və onun
başçılıq etdiyi nümayəndə heyəti 20-21 mayda Bakıda keçirilən Qafqaz
Universitetlər Birliyinin 3-cü konqresində iştirak etmək üçün
Azərbaycana gəlib.Qafqaz Universitetində görüş zamanı türkiyəli
qonaqlara Qafqaz Universiteti barədə ətraflı məlumat verən Universitetin
rektoru professor Ahmet Sanic deyib ki, bu təhsil müəssisəsi 1993-cü
ildə fəaliyyətə başlayıb. Onun sözlərinə görə, Universitet Türkiyə və
Azərbaycanın elmi-texniki və pedaqoji potensialını birləşdirərək yüksək
səviyyəli mütəxəssislər hazırlayır . A.Sanic vurğulayıb ki, Qafqaz
Universitetində mühəndislik, iqtisadiyyat və idarəetmə, hüquq,
filologiya fakültələri nəzdində avtomatlaşdırılan sistemlərin və
hesablama texnikasının proqram təminatı, hesablama maşınları,
kompleksləri, sistem şəbəkələri, riyaziyyat, biznesin təşkili və idarə
edilməsi, beynəlxalq münasibətlər, beynəlxalq hüqüq ixtisasları üzrə
mütəxəssislər hazırlanır.
Sonra söz nazir Nabi Avcı verildi.O bildirdi ki, Türkiyə ilə
Azərbaycan arasında sıx dostluq və qardaşlıq əlaqələri mövcuddur: "Mən
Dunyanın bir çox ölkələrində olmuşam,lakin dost və qardaş Azərbaycan
mənim üçün daha əzizdir. Azərbaycanda olmaqdan böyük bir həyəcan və
sevinc içindəyəm. Hələ Qafqaz Unversiteti kimi bir yerdə olmaq Turk
dunyasına açılan qapının kürsüsündə durub sizlərə nitq söyləməm mənə
ayrı qürur və xoşbəxtlik verir...
Görüşün sonunda Nabi Avcıya Qafqaz Universitetinin Rektoru
tərəfindən xatirə plaketi və Çağ öyrətim20 illik" kitabı təqdim edildi.