Qafqaz Universitetində “İş dünyasına hazırlıq” mövzusunda seminarlar keçirilir

Bakı, 1 may (AzərTAc). Qafqaz Universitetində bu ali məktəbin sonuncu kurs tələbələri üçün “İş dünyasına hazırlıq” mövzusunda seminarlar keçirilir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, universitetin Karyera Planlama Mərkəzi tərəfindən reallaşdırılan seminarlarda əmək bazarının tələbləri, vakansiyalar haqqında məlumat, iş üçün ilkin müraciət, CV hazırlama qaydaları, işə başladıqdan sonra davranış qaydaları və s. barədə məsələlər müzakirə olunur.
Seminarlar mayın 30-dək davam edəcəkdir. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır