Qafqaz Universiteti qızıl mükafata layiq görülüb



Qafqaz Universiteti Almaniyanın Frankfurt şəhərində keçirilmiş Keyfiyyət üzrə BID Beynəlxalq Konvensiyasında “International Arch of Europe” nominasiyası üzrə qızıl mükafata layiq görülüb.
Universitetdən Gün.Az-a verilən məlumata görə, universitet biznes dünyası ilə qurduğu işgüzar münasibət və təhsil sektorunda göstərdiyi fəaliyyət “International Arch of Europe”un əsasnaməsi və QC100 – Keyfiyyətin Ümumi İdarəedilməsi Modelinin meyarları əsasında yüksək qiymətləndirilib.

Mükafatlandırma mərasimində Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç iştirak edib.

Namizədlər 21 adda müxtəlif keyfiyyət göstəriciləri əsasında seçilib.

Beynəlxalq Seçki Komitəsi bu göstəricilərdən azı 5-i üzrə yüksək dəyər qazanan namizədləri qalib elan edib.

Mirvari Kamilqızı
Gün.Az
http://assets.gun.az/social/37378

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır