Qafqaz Universiteti Beynəlxalq Konsorsiuma səlahiyyətli üzv seçilib

02.05.2012 | 16:42
Aprelin 23-26-da Almaniyanın Münih şəhərində “Dövlət Qurumları ilə Əməkdaşlıq, Vətəndaş və Biznes Cəmiyyətində İnformasiya Təhlükəsizliyinin Təmini və Terrorizmə qarşı mübarizə” mövzusunda altıncı beynəlxalq forum və beynəlxalq informasiya mühafizə araşdırma konsorsiumunun ("IISRC - International Information Security Research Consortium") təşkil etdiyi beşinci elmi konfrans keçirilib. Konfransda bir çox dünya ölkələrindən Azərbaycan, Rusiya, Amerika, Britaniya, Çin, Almaniya, Yaponiya, İzrail kimi ölkələr iştirak ediblər.


Azərbaycandan Qafqaz Universitetinin kompüter mühəndisliyi bölümünün rəhbəri dossent Abzətdin Adamov BİMAK-a üzv olmaq üçün universitetin maraqları və fəaliyyətləri haqqında çıxış edib. Universitetin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu təsil ocağı ötən ilin oktyabrında Çinin Çanqşa şəhərində təşkil edilmiş konfransda konsorsium üzvlüyə müraciət edib. 
Sessiya müddətində BİMAK-ın gələcək planları və yeni üzvlük məsələləri geniş şəkildə müzakirə edilib, eyni zamanda Qafqaz Universitetinin quruma səlahiyyətli üzv olması digər üzvlər tərəfindən dəstəklənib. Bununla yanaşı Qafqaz Universiteti və Lomonosov adına Moskva Dövlət Universitetinin İnformasiya Təhlükəsizlik Məsələləri İnstitutu arasında BİMAK-ın fəaliyyətləri çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb. 
Sonda Qafqaz Universiteti İnformasiya Təhlükəsizliyi haqqında maraqlarını bir daha təsdiqləyib və bu sahədə dünyaca məhsur BitDefender, Lancelot İnstitutu və bir neçə digər müəssisələr ilə bir neçə təlimlər təşkil edəcəyi fikri səslənilib. Eyni zamanda bu ilin 17-19 oktyabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisdə təşkil ediləcək “AİCT2012” beynəlxalq konfransında İnformasiya Təhlükəsizliyi haqqında yeni sessiyanın da olacağı söylənilib.

Nigar Məmmədli

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır