Qafqaz Universiteti Beynəlxalq İnformasiya Mühafizə Araşdırma Konsorsiumuna səlahiyyətli üzv seçilmişdir.


01 May, 2012,
23-26 Aprel 2012-ci il tarixlərində Almaniyanın Munih şəhərində “Dövlət Qurumları ilə Əməkdaşlıq, Vətəndaş və Biznes Cəmiyyətində İnformasiya Təhlükəsizliyinin Təmini və Terrorizminə Qarşı Mübarizə” mövzusunda altıncı beynəlxalq forum və Beynəlxalq İnformasiya Mühafizə Araşdırma Konsorsiumunun ("IISRC - International Information Security Research Consortium") təşkil etdiyi beşinci elmi konfrans təşkil edilmişdir.
Qafqaz Universiteti Kompyuter Mühəndisliyi Bölümünün rəhbəri prof. Abzətdin Adamov BİMAK-a üzv olmaq üçün universitetin maraqları və faliyyətləri haqqında çıxış etmişdir. Qafqaz Universiteti həmçinin 25-27 Oktyabr 2011-ci il tarixlərində Çinin Çanqşa şəhərində təşkil edilmiş konfransdada iştirak etmiş və konsorsium üzvlüyə müraciət etmişdir.
Sessiya müddətindn BİMAK-ın gələcək planları və yeni üzvlük məsələləri geniş şəkildə müzakirə edilmiş, eyni zamanda Qafqaz Universitetinin quruma səlahiyyətli üzv olması digər üzvlər tərəfindən dəstəklənmişdir. Bununla yanaşı Qafqaz Universiteti və Lomonosov adına Moskva Dövlət Universitetinin İnformasiya Təhlükəsizlik Məsələləri İnstitutu arasında BİMAK-ın fəaliyyətləri çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Sonda Qafqaz Universiteti İnformasiya təhlükəsizliyi haqqında maraqlarını bir daha təsdiqləmiş və bu sahədə dünyaca məhsur BitDefender, Lancelot İnstitutu və bir neçə digər müəssisələr  ilə bir necə təlimlər təşkil edəcəyi fikri səslənilmişdir. Eyni zamanda 17-19 Oktyabr 2012-ci tarixlərində Gürcüstanın paytaxtı Tblisi şəhərində təşkil ediləcək AİCT2012 beynəlxalq konfransında İnformasiya Təhlükəsizliyi haqqında yeni sessiyanında olacağı söylənilmişdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır