“Azərenerji” ASC-nin nümayəndələri Qafqaz Universitetində olmuşlar

Bakı, 5 may (AzərTAc). “Azərenerji” ASC-nin nümayəndələri Qafqaz Universitetində olmuşlar.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə ASC-nin İnvestisiyalar İdarəsinin layihələrin təhlili və qiymətləndirilməsi şöbəsinin rəisi Famil Əliyev təmsil etdiyi müəssisənin fəaliyyəti və dünyada mövcud enerji şirkətləri arasında yüksək mövqeyindən bəhs etmişdir.
Sonra “Azərenerji” ASC-də karyera imkanları haqqında təqdimat olmuşdur.
Müəssisənin digər nümayəndələri Rəşad Əliyev, Günay Ələkbərova və Fərrux Əliyev tələbələri maraqlandıran sualları cavablandırmışlar.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır