Kayıtlar

Mayıs, 2012 tarihine ait yayınlar gösteriliyor

Qafqaz Universitetinin bir qrup tələbəsi neft platformasının quruluşu ilə tanış oldular

Resim
Qafqaz Universiteti Mühəndislik Fakültəsinin bir qrup müəllim və tələbə heyəti “AMEC” şirkətini ziyaret etdilər. Ziyarətin əsas məqsədi “AMEC” şirkətinin hazırda inşa etdiyi platforma ilə tanış olmaq idi. Tələbələr iş sahəsinə daxil olarkən mühəndislərin iş zamanı geydikləri xüsusi forma ilə təmin olundular. Bu formalar iş təhlükəsizliyi üçün vacib amillərdən biridir. Tanışlıq zamanı şirkətin amerikalı layihə rəhbəri tərəfindən yüksək səviyyədə qarşılanan tələbələr, daha sonra həmin mühəndisin təqdimatında şirkətin Azərbaycandakı gördüyü işlərlə tanış oldular. Şirkətin iş təhlükəsizliyi ilə əlaqədar məsul şəxsi tələbələrə  platformanı gəzərkən hansı qaydalara riayət etmələrini izah etdikdən sonra, iki qrup olaraq platformanı gəzdilər. Platformada layihə rəhbəri tələbələrə, bu platformanın planlaması, xammalların alınması, inşaatı, bir sözlə mühəndislərin gördükləri işlərlə tanış etdi. Layihə rəhbəri eyni zamanda tələbələrin maraqlandıran suallara da cavab verdi....

Naxçıvanda Türk Liseyləri 17. məzuniyyət coşğusu

Resim
Naxçıvanda Türk təşəbbüskarlar tərəfindən açılan Türk Liseyləri, 17. məzunlarını təşkil edilən coşğulu mərasimlə yola saldı. Naxçıvan Gənclik Mərkəzində təşkil edilən məzuniyyət mərasimində; Türkiyənin Naxçıvan Baş konsulu Cenk Ünal, naxçıvanlı üst səviyyə səlahiyyətlilər, Türkiyədən gələn qonaqlar və çox sayda tələbə vəlisi qatıldı. İki ölkə milli marşları və hörmət duruşundan sonra başlayan məzuniyyət mərasimində tələbələr, səhnədəki performansıyla göz doldurdu. Mərasimdə Azərbaycanın mərhum lideri, Heydər Əliyevin Türk liseylərində göstərdiyi marağı göstərən qısametrajlı film nümayişi isə duyğulu anlara səbəb oldu. Mərasimdə danışan Naxçıvan Türk Liseyləri Baş direktoru Murat Çapan, şagirdlərə həyatlarından uğurlar dilədi. Çapan, şagirdlərin yalnız məlumatlarıyla deyil, tərbiyəsi və vatanperverliği ilə də sinələrini kabarttığını ifadə etdi. Çapan, 1992-ci ildən etibarən fəaliyyət göstərən Türk liseyləri şagirdlərinin universitet qazanma nisbətlərini n çox yüksək ...

Naxçıvan türk liseyləri 17-ci məzunlarını yola saldı

Resim
Naxçıvan türk liseyləri 17-ci məzunlarını yola salıb. Bu münasibətlə Naxçıvan şəhərindəki Gənclik Mərkəzində mərasim keçirilib. Mərasimdə çoxlu sayda qonaqlar, iş adamları və valideynlər iştirak ediblər. Tədbir, əvvəlcə, hər iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb. Sonra liseylərin fəaliyyəti barədə qısametrajlı filmin nümayişi ilə davam edən mərasimdə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun liseylər haqqındakı müsbət fikirləri əks olunub. Videoçarxda Heydər Əliyevin: “Mən çox məmnunam bundan. Bilirəm ki, onlar yaxşı təhsil verirlər. Ona görə də oranın tələbələri dünyanın bir çox yerlərində konkursdan keçirlər və medallar alırlar...”, Prezident İlham Əliyevin: “Mən burada türk liseylərinin fəaliyyətini yüksək qiymətləndirirəm...”, Ali Məclisin Sədri Vasif Talıbovun: “Bu məktəblər ümummilli liderimizin Naxçıvanda çalış...

Şagirdlərimiz bu il də yüksək nailiyyətlərə imza atacaqlar

Resim
“2011-2012-ci tədris ili liseyimiz üçün çox əlamətdar bir dərs ili oldu. Onun əlamətdarlığını çox şeylə əlaqələndirmək olar, amma ən mühüm olan bu dərs ilinin şirkətimizin fəaliyyətə başlamasının 20-ci ildönümü ilə üst-üstə düşməsidir”   Bu sözləri Sumqayıt Özəl Türk Liseyinin (SÖTL) müdiri Ahmet Çamalan 28 may - Respublika Gününə və “Çağ” Öyrətim Şirkətinin fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş  “Gələcəyin ulduzları” adlı məzuniyyət proqramında deyib. Onun sözlərinə görə, bu tədris ilində rəhbərlik etdiyi kollektiv ölkəmizin və xalqın etimadını doğrultmaq üçün çox ciddi səylə çalışıb: “Şagirdlərimiz  həm respublika fənn olimpiadalarında, həm də beynəlxalq olimpiadalarda yüksək nəticələr əldə ediblər. Bunlara Respublika Fənn Olimpiadasında informatika fənni üzrə qızıl medal qazanmış Rəşid Qazıyev, yenə informatika fənni üzrə 4-cü  yerlər qazanmış  Məmməd Bəxşəliyev və Əliağa Şirinovu, həmçinin Gürcüstanda keçirilmiş İYİPO Ətraf Mühit La...

Gəncədə son zəng sevinci

Resim
Gəncədə ulu öndər Heydər Əliyevin 89-cu ildönümü və 28 may - Respublika Günü ilə bağlı tədbirlər geniş qeyd olunub. Bu tədbirlər çərçivəsində Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin məzunları son zəng sevincini də yaşayıblar. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev, Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Haluk Ağca, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz, həmçinin elm və iş adamları da iştirak ediblər. Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səslənməsi ilə başlanıb. Mərasimdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev ümummilli lider Heydər Əliyevin təhsilimizə verdiyi önəmdən ətraflı söz açıb. O, ölkə başçısı İlham Əliyevin də bu sahəni həmiş diqqət mərkəzində saxladığını bildirib. Onun sözlərinə görə, təkcə bu il Gəncədə 22 məktəb binası əsaslı təmir olunur, maddi-texniki bazaları gücləndirilir. İcra başçısı 20 ...

Yurtdışında okumak isteyen Türkiye ve diğer ülke vatandaşı öğrencilerin dikkatine: Azerbaycan Qafqaz Üniversitesi için Ön Kayıtlar başladı

Resim
         Kayıt başvurusu yaptıysanız giriş için tıklayınız Kayıt başvurusu için tıklayınız Bu kayıt başvuru formu Azerbaycan vatandaşı olmayan adaylar içindir. Turkiye irtibat telefonu: (0539) 515 61 03 (0539) 592 80 80

Türkiyədə Milli Məclisin deputatı, professor Musa Qasımlının ”SSRİ-Türkiyə münasibətləri” kitabı çapdan çıxmışdır

Resim
Ankara, 29 may (AzərTAc). Azərbaycan Milli Məclisinin deputatı, professor Musa Qasımlının ”SSRİ-Türkiyə münasibətləri” kitabı Türkiyədəki ən böyük yayım evlərindən biri olan “Kaknüs” nəşriyyatında çapdan çıxmışdır. Qafqaz Universitetinin müəllimi Abdülkərim Üregenin türk dilinə tərcümə etdiyi və nəfis poliqrafik tərtibatı olan kitabda ötən əsrin ikinci yarısında dünyanın ən qüdrətli iki dövlətindən biri olan Sovet İttifaqı ilə Türkiyə arasında əlaqələrin dərin siyasi təhlili, xüsusilə 70-ci illərin sonundan etibarən Varşava Müqaviləsi Təşkilatının lideri olan Moskva və NATO- nun üzvü Ankara arasında ziddiyyətlərin səbəbləri geniş spektrli mənbələrin köməyi ilə dərindən araşdırılmışdır. Müəllifin dərin elmi araşdırmaları nəticəsində “soyuq müharibə” şəraitində Moskva-Ankara siyasi gərginliyinə səbəb olan amillər ayrı-ayrılıqda təhlil olunur. Kitabda “soyuq müharibə” anlayışı, bu təbəddülatların fonunda Sovet ordusunun Əfqanıstana müdaxiləsi, bunun sosialist bloku ilə ...

“Qarabağdan Amasiyaya Könül Körpüsü – Beynəlxalq Həmzə Nigari Simpoziumu” başlayır

Resim
Movqe.Az xəbər verir ki, 31 may - 1 iyun 2012 tarixlərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Amasiya Valiliyi, Amasiya Bələdiyyəsi, Amasiya Universiteti, Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyinin birgə təşkilatçılığı ilə "Qarabağdan Amasiyaya Könül Körpüsü – Beynəlxalq Həmzə Nigari Simpoziumu” keçiriləcək. Simpoziumda Azərbaycan və Türkiyədən təsəvvüf, şərq fəlsəfəsi, Həmzə Nigarinin dövrü, mühiti, həyatı, müəllimləri, yaradıcılığı, ədəbi irsi, davamçıları haqqında 50-dən çox alim məruzə edəcəkdir. Simpoziumla yanaşı Azərbaycan və Türkiyənin xalq musiqiçiləri və rəqqaslarının iştirak edəcəyi konsertlər təşkil olunacaq.  Məlumat üçün bildirək ki, Amasiyada yaşayan azərbaycan türkləri özlərini bura ilk gələn təsəvvüf alimlərindən İsmayıl Şirvaniyə görə şirvanlılar adlandırır, Amasiya və ətrafında geniş yayılmışlar. İsmayıl Şirvani və Həmzə Nigarinin türbələri Amasi...

Qafqaz Universiteti Rusca Tanıtma Bukleti (elektron)

Resim
Qafqaz Universiteti Səhifə sayı:   2 Format:   21x45sm Nəşr ili:   2012 Faylın həcmi: 9.6 MB   Download PDF Qafqaz Universiteti haqqında ümumi məlumatı əks etdirən rus dilində tanıtma bukletidir. Qafqaz Universiteti Buklet  2012 Russian                                                                                                   

Qafqaz Universiteti 2012-ci il Azərbaycan dilində tanıtma bukleti (elektron)

Resim
Qafqaz Universiteti Səhifə sayı:    2 Format:    21x45sm Nəşr ili:    2012 Faylın həcmi: 8.9 MB   Download PDF Qafqaz Universiteti haqqında ümumi məlumatı əks etdirən azərbaycan dilində tanıtma bukletidir. Qafqaz Universiteti Buklet 2012                                                                                                   

UŞAQ VƏ YENİYETMƏLƏRİN İNKİŞAFININ SOSİAL-PSİXOLOJİ MƏSƏLƏLƏRİ - 2-ci Nəşri

Resim
Hüseyn Xəlilov Səhifə sayı:  236 Format:  17x24sm Nəşr ili:  2012 ISBN: 978-9952-468-04-5 Faylın həcmi: 2.7 MB   Download PDF Kitab uşaqlıq və yeniyetməlik dövrünün sosial‐psixoloji problemləriniaraşdıran vəsaitdir. Burada uşaqlıq və yeniyetməlik dövrü müxtəlif inkişafmərhələlərinə bölünüb, hər mərhələ üçün konkret problemlər göstərilmişdir. Vəsaitdə “İnkişaf dövrlərinə baxış”, “Uşaq təlimi”, “Xarakter və xasiyyət”,“Əxlaq tərbiyəsi”, “Uşaqlıq dövrü davranış problemləri”, “Uşaq vəyeniyetmələrdə davranış pozuntuları”, “Yeniyetməlik dövrünə baxış” kimibir çox əhəmiyyətli mövzular ətraflı şəkildə öz əksini tapmış, bu mövzularkonkret nümunələrlə, sadə şəkildə izah edilmişdir. Əxlaq tərbiyəsi və uşaq təliminə ayrılmış hissələrdə düzgün şəxsiyyətyetişdirmək üçün dəyərli məsləhətlər verilir. Kitab nümunələr, illüstrasiyalar, şəkillər və cədvəllərlə zəngindir. Hərfəslin sonunda verilən sual və tapşırıqlar oxucunun öyrəndiklərini möhkəm...

'Bioloji müxtəliflik' günü, Bakı Özəl Türk Liseyinin şagirdlərinin Eko-parka səfəri ilə qeyd olunmuşdur

Resim
22 may   2012-ci il tarixində ”Bioloji müxtəliflik” günündə Çağ Öyretim şirkətinin tabeçiliyində olan   Bakı Özəl Türk Liseyinin şagirdləri və müəllim heyəti üçün “Eko-park”a   ekskursiya təşkil olunmuşdur.  “Eko-mərkəz”də təhlükəsizlik təlimatı ilə tanışlıqdan sonra, qonaqlara “ARDNŞ-in Ekoloji layihələri” mövzusunda təqdimat materialı nümayiş etdirilmişdir. Sonra onlara “Eko-park”ın tarixçəsi, yaradılma məqsədi, parkın istehsalat sahələri və infrastrukturu, parkda quraşdırılan külək generatorları, günəş batereyaları və digər texnologiyalar barədə ətraflı məlumat verilmişdir.   Məktəblilərə parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif ağac-kol növlərinin bio-ekoloji xüsusiyyətləri və becərilmə üsulları haqqında geniş məlumat verilmişdir. Qonaqlar körpə fidanları xüsusi qablara köçürərək, qabların üzərində öz ad və soyadlarını yazmışlar.  Daha sonra tədbir iştirakçılarının parkın istirahət zonasında elektromo...

Gəncədəki Azərbaycan-türk liseyində “Çağ Öyrətim” İşlətmələri Şirkətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

Resim
Gəncə, 29 may (AzərTAc).Gəncədəki Azərbaycan-türk özəl liseyində “Çağ Öyrətim” İşlətmələri Şirkətinin yaradılmasının 20 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanan tədbirdə şirkətin 20 illik fəaliyyətindən bəhs edən videofilm nümayiş etdirilmişdir. Sonra “Çağ Öyrətim” İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən çıxış edərək ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan şirkətin ötən dövr ərzində qazandığı uğurlardan danışmış və qeyd etmişdir ki, azərbaycanlı gənclərə keyfiyyətli təhsil vermək, onları əsl vətənpərvər kimi yetişdirmək üçün bütün imkanlardan istifadə edilmişdir. Məhz bunun nəticəsidir ki, 20 ildə liseylərin məzunları beynəlxalq müsabiqələrdən və yarışlardan 98-i qızıl medal olmaqla 500-ə yaxın medal gətirmişlər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Türkiyənin Gəncədəki baş konsulu Haluk Ağca və başqaları çıxış ed...

Beynəlxalq Həmzə Nigari simpoziumu keçiriləcəkdir

Resim
Bakı, 29 may (AzərTAc). Mayın 31–də “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutunun , Amasiya Valiliyinin, Amasiya Bələdiyyəsinin, Amasiya Universitetinin, Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyinin birgə təşkilatçılığı ilə Qarabağdan Amasiyaya könül körpüsü – Beynəlxalq Həmzə Nigari simpoziumu işə başlayacaqdır. “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən AzərTAc-a bildirmişlər ki, Amasıyada keçiriləcək və iki gün davam edəcək simpoziumda Azərbaycan və Türkiyədən 50-dən çox alimin təsəvvüf, Şərq fəlsəfəsi, Həmzə Nigarinin dövrü, mühiti, həyatı, müəllimləri, yaradıcılığı, ədəbi irsi, davamçıları haqqında məruzəsi dinləniləcəkdir. Simpoziumla yanaşı, Azərbaycan və Türkiyənin xalq musiqiçiləri və rəqqaslarının iştirak edəcəyi konsertlər təşkil olunacaqdır. Amasiyada yaşayan Azərbaycan türkləri özlərini bura ilk gələn təsəvvüf alimlərindən İsmayıl Şirvaniyə görə şirvanlılar a...

“Qarabağdan Amasiyaya Könül Körpüsü”- Simpozium

Resim
Qarabağ ədəbi irsinin Amasiyada Seyid Mirhəmzə Nigari ilə davam etməsi türk dünyası tarixində böyük hadisədir 31 may - 1 iyun 2012-ci ildə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Amasiya Valiliyi, Amasiya Bələdiyyəsi, Amasiya Universiteti, Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyinin birgə təşkilatçılığı ilə “Qarabağdan Amasiyaya Könül Körpüsü – Beynəlxalq Həmzə Nigari Simpoziumu” keçiriləcək. “Qafqazinfo”nun məlumatına görə, simpoziumda Azərbaycan və Türkiyədən təsəvvüf, şərq fəlsəfəsi, Seyid Mirhəmzə Nigarinin dövrü, mühiti, həyatı, müəllimləri, yaradıcılığı, ədəbi irsi, davamçıları haqqında 50-dən çox alim məruzə edəcək. Simpoziumla yanaşı, Azərbaycan və Türkiyənin xalq musiqiçiləri və rəqqaslarının iştirak edəcəyi konsertlər təşkil olunacaq. Məlumat üçün bildirək ki, Amasiyada yaşayan Azərbaycan türkləri özlərini bura ilk gələn təsəvvüf alim...

Şagirdlər beynəlxalq olimpiadadan növbəti medal qazandı

Resim
Mayın 19-22 də Türkiyənin İstanbul Fatih Təhsil Müəssisəsinin təşkil etdiyi 20- ci Beynəlxalq Ətraf Mühitin Mühafizəsi layihə Olimpiadası (BƏMMLO) keçirilib. Olimpiada Azərbaycanı “Qafqaz” Azərbaycan – Türkiyə Özəl Gimnaziyasının 10- cu sinif şagirdi Aytac Abbaszadə və 9- cu sinif şagirdi Nigar Novruzlu təmsil edib.  BƏMMLO –da 52 ölkədən gəlmiş şagirdlər 125 layihə ilə iştirak ediblər. İngilis dilində keçirilən tədbirin münsiflər heyətini Cənubi Koreya, İran, Almanya, Slovakiya, Qırğızıstan, Rusiya, Braziliya və ABŞ –dan gəlmiş mütəxəssislər təşkil edib.  Fatih Universitetində keçirilən mükafatlandırma mərasimində, ölkəmizi bu olimpiadada təmsil edən şagirdlər Aytac Abbaszadənin və Nigar Novruzlunun   “ Dunaliella   Salina“ yosunundan istifadə edərək alınan hidrogen qazının yanacaq batareyasına birləşərək elektirik enerjisinə çevrilməsi layihəsi bürünc medala layiq görülüb.  Qalib şagirdlər Azərbaycanı dünyada beynəlxalq yarışlarda təmsil etməkdən qü...

“Çağ” Öyrətim İşlətmələrinin 20 illik yubileyi Qubada təntənə ilə qeyd olundu

Resim
Quba Şəhər Mədəniyyət Evində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə, Azərbaycanın müstəqilliyinin müstəqilliynin bərpasının və "Çağ" Öyrətim İşlətmələrinin fəaliyyətə başlamasının 20 illik yubileyi münasibəti ilə "Təhsil millətin gələcəyidir" adlı geniş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal marşını oxuyublar. Daha sonra "Çağ" Öyrətim İşlətmələrinin 20 illik fəaliyyətindən bəhs edən video çarx nümayiş olunub. Tədbirdə Quba Özəl Türk Liseyin müdiri Mustafa Alagözoğluna çıxış edərək   rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti və təhsildə əldə etdikləri nailiyyətləri barədə söhbət açıb. M. Alagözoğlu bildirib ki, Azərbaycana ilk dəfə 1997-ci ildə Beynəlxalq Fənn Olimpiadalarından medalı Quba Özəl Türk Liseyinin şagirdləri gətirib. TQDK-nın ali məktəblərə...

“Çağ” Öyrətim Azərbaycan təhsilinə töhfələr verir

Resim
Quba Rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Ağayev “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri dr. Enver Özereni, Azərbaycan -Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Mesut Kurnazı və Quba Özəl Türk Liseyin müdiri Mustafa Alagözoğlunu qəbul edib.  Qəbul zamanı dr. Enver Özeren “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin fəaliyyəti, tədris müəssisələrinin yeni təhsil texnologiyaları ilə təchiz olunmasından, TQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda ən yüksək bal toplamalrından, Beynəlxalq Fənn və Layihə olimpiadalarından qızıl, gümüş və bürünc medallar qazanmalarından danışaraq ətraflı məlumat verib.  Qonaqları səmimiyyətlə qarşılayan İcra başçısı  əvvəlcə Şirkətin Azərbaycanda fəaliyyətinin 20 illik yubileyi münasibəti pedaqoji kollektivini təbrik edib. Sonra “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin Azərbaycan təhsilinə verdiyi töhfələrdən sevindiyini bildirdib və onlara təhsildə yeni-yeni uğurlar arzulay...

Qax Araz Kursları: UĞURLARIMIZ TƏSADÜFİ DEYİL!

Resim
Ali məktəblərə qəbul olmaq üçün abituriyentlərə orta məktəbdə əldə etdikləri bilik və bacarıqlarını xüsusi hazırlıqla yenidən möhkəmləndirmək və artırmaq lazım gəlir. Bunun üçün onlar daha çox hazırlıq kurslarına müraciət edirlər.Bu sahədə ölkədə abituriyentlərin ən çox üz tutduqları yer “Araz  Kurslarıdır”.  Respublikamızdakı 13 kursdan biri də Qax şəhərində uğurla fəaliyyət göstərir.  Kursumuzda Qax ilə yanaşı, Şəki, Balakən, Oğuz və digər rayonlardan gələn abituriyentlər təhsil alırlar. Uğurlarımız böyükdür. Təkcə onu demək kifayətdir ki, 2010-2011-ci tədris ilində Qax Araz kurslarından ali məktəblərə qəbul olan abituriyentlərin 16 nəfəri 600-dən yuxarı bal toplamışlar.Müəssisəmizin qazandığı uğurlar burada çalışan peşəkar müəllimlərimizin fədakar əməyinin nəticəsidir. 2003-cü ildən bəri hər il  qəbul imtahanlarında Qax birinciləri çıxaran kursumuzun əsas məqsədi respublika birincisi, prezident təqaüdçüləri...

Şəki liseyinin məzuniyyət tədbiri keçirilib

Resim
Çağ Öyrətim şirkətinin Azərbyacanda fəaliyyətə başlamasının 20 illiyi və həmçinin 2011-12 tədris ililinin başa çatması münasibəti ilə Şəki özəl türk liseyi tərəfindən geniş tədbir keçirilib.   Tədbirdə Liseyin müəllim və şagird kollektivi şəhər ictimayənin nümayəndələri həmçinin liseyi müxtəlif illərdə bitirmiş məzunlar iştrak ediblər.Tədbirdə çıxış edənlər Şəki Özəl Türk Liseyinin uğrlarından söz açıblar.Liseyin şagirdlərinin müxtəlif fənn olimpiydalarında qazandıqları uğrlardan danışıblar.  Bildirilib ki, Liseyin şagirdləri həm respublika həmçinin dünya fənn olimpiydalarında xeyli uğurlar əldə edib.Fənn olimpiydalarında fərqlənən şagirdlərə hədiyyələr verilib. Çağ Öyrətim şirkətinin şagirdləri Azərbaycana beynəlxalq bilik yarışlarından 500-dən çox qızıl medal gətiriblər.Tədbirdə Çağ Öyrətim şirkətinin Azərbaycanda fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş qısa film nümayiş olunub.  Çağ Öyrətim şirkəti yenicə müstəqillik qazanmış azərbaycan...

Məhdumqulu Bakıda anıldı

Resim
Qafqaz Universitetində Türkmənistan-Azərbaycan əlaqələri mövzusunda tədbir keçirilib Türkmənistanın Azərbaycandakı səfirliyi və Qafqaz Universitetinin təşkilatçılığı ilə bu universitetdə böyük türkmən şairi və mütəfəkkiri Məhdumqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib. "İnkişaf, birlik və Məhdumqulu Fəraqinin şeir günləri" mövzusunda keçirilən tədbirdə Qafqaz Universitetinin rektoru Əhməd Saniç Azərbaycan, Türkiyə və Türkmənistanın tarixi birliyindən danışıb. Türkmənistanın Bakıdakı səfiri Toyli Komekov isə ölkəsi ilə Azərbaycan arasında ədəbi əlaqələrdən bəhs edib. Tədbirdə Məhdumqulu Fəraqinin ömür yolundan, zəngin ədəbi yaradıcılığından da söhbət açılıb. Qeyd olunub ki, böyük şair misilsiz söz ustası, sufi-ozan olmaqla yanaşı, müdrik filosof, ağıllı məsləhətçi, daim vətənpərvərliyin, xeyirxahlığın carçısı olub. http://www.ekspress.az/2012/05/26/get=68095

“Çağ” bu etimadı işgüzarlığı ilə qazanıb”

Resim
Ağdaş Rayon Mədəniyyət Evində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89, Azərbaycan Demokratik Cümhuriyyətinin  qurulmasının 94, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyətə başlamasının 20 illiyi münasibətilə “Təhsil bir millətin gələcəyidir” adlı tədbir keçirilib. Tədbirdə ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, ardınca da Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Daha sonra Heydər Əliyevin həyatını əks etdirən video-çarx nümayiş olunub və lisey şagirdləri tərəfindən Heydər Əliyevin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib. Ağdaş Özəl Türk Liseyinin müdiri Ramazan Tomay çıxışında rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib; builki liseylərə qəbul imtahanına ilk 11 yeri tutan sağirdlərin təhsil haqqından azad olunduğunu diqqətə çatdırıb. Ağdaş Rayon İcra Hakimiyyətinin Humanitar məsələlər üzrə müavini Aynur Novr...

Gəncədə “Çağ Öyrətim” İşlətmələri Şirkətinin yaradılmasının 20 illiyinə həsr olunan tədbir keçirilib

  Bu gün Gəncə Azərbaycan-Türk özəl liseyində “Çağ Öyrətim” İşlətmələri Şirkətinin yaradılmasının 20 illiyinə və tədris ilinin yekununa həsr olunan tədbir keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Türkiyənin Gəncədəki baş konsulu Haluk Ağca və şəhər ziyalıları da iştirak edib. Tədbir hər iki ölkənin dövlət himnlərinin ifası ilə başlanıb. Sonra Azərbaycan bayrağı çiyinlərdə dalğalanaraq səhnəyə gətirilib. Rəsmi hissədən öncə isə şirkətin 20 illik fəaliyyətinə həsr olunan filmə tamaşa edilib. Rəsmi hissədə çıxış edən “Çağ” Öyrətim İşlətmələri Şirkətinin idarə heyətinin sədri Ənvər Özərən bildirib ki, ölkəmizdəki fəaliyyətinə ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə başlayan şirkət, azərbaycanlı gənclərə keyfiyyətli təhsil vermək, yüksək ixtisaslı mütəxəssislər hazırlamaq üçün bütün imkanlarından istifadə edib və indi də bu yolda qətiyyətlə çalışmaqdadır. Ənvər Özərən – “Çağ Öyrətim” İşlətmələri Şirkətinin İdarə Hey...

Qafqaz Universitetində “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovla görüş olmuşdur

Resim
Bakı, 24 may (AzərTAc). Qafqaz Universitetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovla görüş olmuşdur. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, müəllim və tələbələrin iştirak etdikləri tədbirdə universitetin rektoru, professor Əhməd Saniç igid Vətən övladları ilə keçirilən görüşlərin əhəmiyyətindən danışmışdır. Kəşfiyyat dəstəsinin keçmiş komandiri İbad Hüseynov “Biz Heydər Əliyevin əsgərləriyik” mövzusunda məruzə etmişdir. Məruzəçi ulu öndər Heydər Əliyev ideyalarının əbədiyaşar olduğunu vurğulamış, gəncləri vətənpərvərliyə, qəhrəmanlığa çağırmışdır. Sonda erməni qəsbkarlarına və terrorçularına qarşı mübarizədə xüsusi igidliklər göstərmiş İbad Hüseynovun həyatından və döyüş yolundan bəhs edən “Əsgər” sənədli filmi nümayiş etdirilmişdir. http://www.azertag.com/node/958690

Qafqaz Universitetində İbad Huseynovla görüş keçirilib

Resim
25 May, 2012, Qafqaz Universitetinin Mədəniyyət şöbəsi Azərbaycan xalqının qəhrəman oğlu İbad Huseynovun həyatına və döyüş yoluna həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə cümhuriyyət dövrünə bir daha nəzər salınıb, onun tarixdəki yeri və rolu ətraflı təhlil edilib. Tədbir çərçivəsində Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra erməni təcavüzü və terrorizminə qarşı mübarizə aparan “Azərbaycan Bayrağı” ordenli, Qarabağ müharibəsi iştirakçısı İbad Hüeynovun igidlik və rəşadət yolunu işıqlandıran film nümayiş edilib. Qarabağ müharibəsi veteranı, 1988-ci ildə Xocavənd Özünümüdafiə dəstəsini yaratmış, dəstənin komandiri, İbad Hüseynovun qardaşı, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxışında may ayının tarixi və əlamətdar günləri haqqında danışaraq 28 may İstiqlal tarixini Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri kimi dəyərlən...

Biz Heydər Əliyevin əsgərləriyik

Resim
28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Günü xalqımızın həyatına əlamətdar hadisə kimi daxil olmuşdur. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Bayram münasibətilə Mədəniyyət şöbəsi Oğuz klubunun Azərbaycan xalqının qəhrəman oğlu İbad Huseynovun həyatına və döyüş yoluna həsr etdiyi tədbirdə Cümhuriyyət dövrünə bir daha nəzər salındı, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edildi.   Tədbirdə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra erməni təcavüzü və terrorizminə qarşı mübarizə aparan “Azərbaycan Bayrağı” ordenli, Qarabağ müharibəsi iştirakçısı İbad Hüeynovun  igidlik və  rəşadət yolunu işıqlandıran film nümayiş edildi.  Qarabağ müharibəsi veteranı, 1988-ci ildə Xocavənd Özünümüdafiə dəstəsini yaratmış, dəstənin komandiri,  İbad Hüseynovun qardaşı, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı  Eyvaz Hüseynov çıxış...

“Çağ” Qubada da 20 illiyini qeyd etdi

Resim
Quba Rayon Mədəniyyət Evində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89, Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasının 94, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyətə başlamasının 20 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş  şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, ardınca da Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu çıxışında rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verərkən, ulu öndər Heydər Əliyevin türk liseylərinin dünyaya açılmasında əvəzsiz rol oynadığını qeyd edib. O, türk liseylərinin fəaliyyət göstərdiyi dünyanın bir çox ölkələrində ulu öndərin adının həmişə yad edildiyini vurğulayıb. M. Alagözoğlu bu il məzun olacaq şagirdlərin də öz intellektləri ilə ölkəmizə töhfələr verəcəklərini əminliklə söyləyib. “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti...