Kayıtlar

Şubat, 2012 tarihine ait yayınlar gösteriliyor

Qonaq gəlmiş bizə Lalələr

Resim
Fevralın 28-də Mədəniyyət şöbəsi Laləzar klubunun təşəbbüsü ilə ətrafın müxtəlif güllərlə abadlaşdırılması və tələbələrdə təbiətə qayğı hissinin aşılanması məqsədiylə universitet şəhərciyində “Lalə guşəsi” salındı. Guşənin salınmasında Universitetin rektoru Prof. Ahmet Saniç iştirak etdi. Şəhərcikdə “Lalə guşəsi” salınmasının öz rəmzi mənaları var. XVI əsrdə Avropaya aparılmış Lalə (tülpan) Şərq mədəniyyətinə məxsus bir gül növüdür. Vətəni Türkiyə və İran hesab olunur. Xosbəxtlikdən avropalılar onu özününkiləşdirə bilməmişdir, çünki onun türk köklü olması adında qorunur. Tülpan sözünün hərfi mənası türk qadınının geyimi olan türbənd mənasına yaxındır və tam acılmış tülpanı (laləni) türbəndə bənzədilir. Osmanlı tarixində “Lale devri” adlı tarixi dövrdə incəsənətdə, memarlıqda böyük irəliləyişlər müşahidə olunmuş və Lalə yeniliklərin simvolu kimi ön plana çıxmış...

Bakcell has met Qafqaz University bachelor and master students within the project of "The Bakcell Alumni"

Resim
Local GSM company Bakcell has met Qafqaz University bachelor and master students within the project of "The Bakcell Alumni". The "Bakcell Alumni" project gives students the chance to develop themselves as a Telecommunicaiton, Information Technology and Marketing specialist. Within the scope of the project students will participate in various activities of Bakcell gaining real world experience. Bakcell will grant scholarships for the successfull students. Head of human resources department of Bakcell Ms. Nazmira Shirinova has presented the details of participation in the project. Last year there were 7 students participating in the "Bakcell Alumni" project 6 of  them were from the Qafqaz University.      

Hidayet Orucov Fransa Konstitusiya Şurasının qerarını alqışladı

Resim
29 Şubat 2012, 15:00 Gulshen HÜSEYN Bu gün Qafqaz Universitetinde növbeti aylıq seminar keçirildi Seminarı  giriş  sözü  ilə  Qafqaz  Universitetinin rektoru  Ahmet  Saniç  açdı  və  bildirdi  ki, seminarın  bugünkü  qonagı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovdur. Rektor  öz  çıxışında Ümummilli  lider Heydər  Əliyevin   Qafqaz  Universitetinə  hədiyyə  etdiyi  və  xeyir-dua verdiyi   böyük  bir  sahəni  əhatə  edən  bir  ərazidə fəaliyyətə  başlayan  bu  ali  təhsil  ocağının  yaranma  tarixindən, elə həmin dövrdə  də  prezidentin  müşaviri  vəzifəsində  çalışan Hidayət  Orucovun da  Qafqaz  Universiteti  üçün  göstərdiyi   xidmətlərindən...

Qafqaz Universitetində növbəti aylıq seminar

Resim
Qafqaz Universitetinin 2011-2012-ci tədris ilində təşkil etdiyi aylıq seminarlar silsiləsinin növbəti məşğələsində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun “Gənclik və milli mənəvi dəyərlər: tarixi ənənə və çağdaş yanaşma” mövzusunda məruzəsi  dinlənilmişdir.

Sumqayıt Özəl Türk Liseyində Xocalı soyqırımı şəhidlərinin anım mərasimi keçirilib

Resim
Fevralın 24-də Sumqayıt Özəl Türk Liseyində Xocalı soyqırımı şəhidlərinin anım mərasimi keçirilib.Tədbir iştirakçıları əvvəlcə, Xocalı soyqırımı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Xocalı soyqırımı faciəsindən bəhs edən qısa metrajlı sənədli film nümayiş etdirilib. Daha sonra liseyin şagirdləri şəhidlərə həsr olunmuş seirlər söyləmiş və o günün dəhşətini əks etdirən mahnılar oxumuşlar.  Tədbirdə liseyin tarix müəllimi Vaqif Yusifov çıxış edərək bildirib ki,  Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməkliyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum edərək dinc əliyalın insanlara qarşı amansız divan tutmuşlar. Bir gecənin içərisində qədim Xocalını yerlə yeksan etmişlər. Beləliklə, soyuq, qarlı fevral gecəsində cinayətkar ermə...

Quba Özəl Türk Liseyində Xocalı faciəsi anilib

Resim
Fevralın 24-də Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar olaraq  Quba Özəl Türk Liseyində anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə, Xocalı soyqırımı qurbanları və Qarabağ şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Xocalı soyqırımı faciəsindən  bəhs edən film nümayiş olunub. Daha sonra liseyin müdir müavini Mülkəmir İsmayılov çıxış edərək,  1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalı şəhərində törətdiyi soyqırım faciəsi haqqında şagirdlərə və tədbir iştirakçılarına geniş məlumat verib. Daha sonra tədbirdə iştirak edən Quba rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayan Uşaqların və Onların Hüquqlarının Qorunması Komissiyasının üzvü Rəxşəndə xanım Bayramova çıxış edərək, dünya dövlətlərinin Xocalı soyqırımına hüquqi qiymətin verməsinin vacibliyindən danışıb. Tədbir iştirakçılarına Xocalı soyqırımı törədənləri heç vaxt unutmamağı və onlara qarşı   mübarizəyə səsləyib. Sonra...

Məktəblilər Xocalı soyqırımına həsr olunmuş abidəni ziyarət ediblər

Resim
26 fevral ermənilərin Sovet Ordusunun köməkliyi ilə birgə törətdikləri “Xocalı Soyqrımı”nın ildönümü münasibəti ilə Kafkas İlköğretim okulunda anım mərasimi keçirilib. Mərasimdə şagirdlər Xocalı soyqırımına həsr olunmuş şeirlər söyləyiblər. Sonra məktəbin pedaqoji kollektivi və şagirdlər Xocalı Soyqrımına həsr olunmuş abidənin önünə gələrək  önünə təzə-tər qərənfillər düzüblər. Burada məktəbin müəllimləri baş vermiş faciə barədə tədbir iştirakçılarına geniş məlumat veriblər. Şagirdləri maraqlandıran sualları cavablandırıblar. Tədbirdə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəis müavini Ayhan Sipahi iştirak edib.   http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/495-mktblilr-xocal-soyqrmna-hsr-olunmus-abidni-ziyart-ediblr.html  

Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Resim
Fevralın 24-də tarixində Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyində Xocalı faciəsinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirə Azərbaycan Dövlət Aqrar Universitetinin(ADAU) fəlsəfə kafedrasının müəllimləri Piri Axundov, Anar Həsənov və İnformasiya texnologiyaları və beynəlxalq əlaqələr mərkəzinin əməkdaşı Etibar Verdiyev iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə ADAU-nun müəllimləri Piri Axundov “Xocalı soyqırımı”, Etibar Verdiyev “Qarabağ bölgəsində tarix və mədəniyyət abidələrinə qarşı erməni vandalizmi”, Anar Həsənov “Torpaqların işğalı zamanı dəymiş iqtisadi ziyan” mövzularında iştirakçılara ətraflı məlumat veriblər. Sonra Azərbaycan və ingilis dillərində Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub. Tədbirin sonunda liseyin müdir müavini Oğuz Burkaz xalqımızın başına gətirilən bu qanlı faciə haqqında ətraflı və izahlı məlumat verdiklərinə görə  qonaqlara rəhb...

Ağdaş Özəl Türk Liseyində Xocali faciəsi yad edildi

Resim
Fevralın 24-də Ağdaş Özəl Türk Liseyində  Xocalı faciəsinin 20-ci il dönümü ilə əlaqədar anım mərasimi keçirilib. Əvvəlcə, tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra  Ağdaş Rayon İcra Hakimiyyəti İctimai- Siyasi şöbəsinin müdiri Qalib Həsənov çıxış edərək bildirib ki, XX əsrin ən böyük faciəsi olan- Xocalı soyqrımı hər zaman xatırlanmalı və onları hər zaman yad etmək hər birimizin müqəddəs borcudur. Biz heç vaxt şəhidlərimizi unutmamalıyıq. Tədbirdə iştirak edən hadisənin iştirakçısı olmuş Xocalı sakini Yelmar Məmmədov ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi bu amansız soyqırım haqqında ətraflı  danışıb. Daha sonra liseyin müdiri Ramazan Tomay ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı belə amansız qətliamlar törətdiyini söyləyib və bu barədə şagirdləri məlumatlandırdıqlarını bildirib. İnsanların daim sülh, dostluq, əminamanlıq şəraitində yaşamalarını arzu edib. Mərasimdən sonra Ağdaş Özəl Türk Lise...

“Bakcell məzunları” layihəsinə başlanmışdır

Resim
Bakı, 28 fevral (AzərTAc). “Bakcell” şirkətinin nümayəndələri Qafqaz Universitetində tələbə və magistrlərlə görüşmüşlər. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə şirkətin nümayəndəsi Nazmira Şirinova “Bakcell”in inkişaf tarixi və perspektivləri barədə danışmışdır. N.Şirinova “Bakcell məzunları” layihəsi və onun şərtləri haqqında da məlumat verərək tələbələri əməkdaşlığa dəvət etmişdir. “Bakcell məzunları” layihəsi üzrə telekommunikasiya, informasiya texnologiyaları və marketinq sahəsində özünü yetişdirmək istəyən tələbələri əhatə edir. Layihə əsasında bu sahələr üzrə təhsil alan tələbə və magistrlər “Bakcell”in fəaliyyəti ilə tanış olmaqla, müxtəlif layihələrdə təcrübə qazana bilərlər. Layihə əsasında seçilmiş tələbələr təqaüd qazanmaq imkanı əldə edəcəklər. Layihədə iştirak etmək istəyənlər CV-lərini martın 10-dək hr@bakcell.com ünvanına göndərə bilərlər. Keçən il “Bakcell məzunları” layihəsinin ölkə üzrə 7 nəfər iştirakçısı vardır ki, onların da 6 n...

Qafqaz Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanmışdır

Resim
Bakı, 28 fevral (AzərTAc). Fevralın 28-də Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olmuşdur. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, səfərdə məqsəd Qafqaz Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında anlaşma memorandumunun imzalanmasıdır. Anlaşma memorandumuna əsasən, tərəflər arasında əlaqələr inkişaf etdiriləcək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq genişləndiriləcəkdir. Sonra imzalanma mərasimi olmuşdur. Sənədi Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç və Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov imzalamışlar.  http://www.azertag.com/node/922693

Qafqaz Universitetinin tələbələri “Bakcell məzunları” layihəsi ilə tanış oldu

Resim
“Bakcell”in nümayəndələri Qafqaz Universitetinin tələbə və magistrları ilə görüşüb. Qafqaz Universitetinin mətbuat xidmətindən Gün.Az -a verilən məlumata görə, görüşdə Kadrlar Şöbəsinin müdiri Nazmira xanım Şirinova “Bakcell”in inkişaf  tarixi və perspektivdə duran məsələlər haqqında iştirakçılara məlumat verib. “Bakcell Məzunları” layihəsi və onun şərtləri haqqında danışan Nazmira xanım tələbələri əməkdaşlığa dəvət etdi. “Bakcell Məzunları” layihəsi üzrə Telekommunikasiya, İnformasiya Texnologiyaları və Marketinq sahəsində özünü yetişdirmək istəyən tələbələri əhatə edir. Layihə əsasında bu sahələr üzrə təhsil alan tələbə və magistrlar “Bakcell”in fəaliyyəti ilə tanış olub, müxtəlif layihələrdə təcrübə qazana bilərlər. Layihə əsasında seçilmiş tələbələr təqaüd qazanmaq imkanı əldə edəcəklər. Layihədə iştirak etmək istəyənlər CV-lərini  hr@bakcell.com  ünvanına göndərə bilərlər. CV-lər 10 mart 2012-ci il t...

Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının Bakı toplantısı yekunlaşıb

Resim
07:47 / 28.02.2012 Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə fevralın 20-dən 26-dək Bakıda keçirilən ASSİTEJ-in İcra Komitəsinin toplantısı çərçivəsində daha bir görüş gerçəkləşib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Gümüş maska” salonunda baş tutan görüşün keçirilməsində məqsəd qurumun qarşısında duran əsas vəzifələr, onların həlli yolları, fəaliyyət proqramları, əməkdaşlıq sahələrinin müzakirə edilməsi olub. Giriş sözü ilə çıxış edən teatrın direktoru, əməkdar artist, ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri Mübariz Həmidov Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-in İcra Komitəsinin Bakıda keçirilən toplantısı, onun ölkəmizdə fəaliyyət göstərən teatrların dünya arenasına çıxışındakı mövqeyi haqqında fikirlərini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu toplantı ASSİTEJ-ə üzv olan ölkələrin uşaq və gənclər teatrları arasın...

Qafqaz Universiteti Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq edəcək

Resim
28 Fevral [23:28] - Sosial    Bu gün Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Qafqaz Universitetinin qonağı olub. Qafqaz Universitetinin mətbuat xidmətindən Gün.Az -a verilən məlumata görə, səfərin əsas məqsədi Qafqaz Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında Anlaşma Memorandumunun imzalanması idi. Memorandum səkkiz bənddən ibarətdir. Memerandumun imzalanmasında əsas məqsəd tərəflər arasında əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıqdır. Memorandumu Qafqaz Universiteti tərəfindən rektor, professor Ahmet Saniç , Lənkəran Dövlət Universitetitərəfindən isə rektor, professor Asəf İsgəndəro v imzalayıblar.   İmza mərasimindən sonra qonaqlar Qafqaz Universitetinin Tədris kompleksi ilə tanış olublar. Rüfət Əhmədzadə Gün.Az URL: http://www.gun.az/social/31026

BAKCELL məzunlarının yeni layihəsi başladı

Resim
28 February, 2012 Bakcellin nümayəndələri Qafqaz Universitetinin tələbə və magistrları ilə görüşdülər. Görüşdə Kadrlar Şöbəsinin müdiri Nazmira xanım Şirinova BAKCELLin inkişaf  tarixi və perspektivdə duran məsələlər haqqında iştirakçılara məlumat verdi. Bakcell Məzunları layihəsi və onun şərtləri haqqında danışan Nazmira xanım tələbələri əməkdaşlığa dəvət etdi. Bakcell Məzunları layihəsi üzrə Telekommunikasiya, İnformasiya texnologiyaları və Marketinq sahəsində özünü yetişdirmək istəyən tələbələri əhatə edir. Layihə əsasında bu sahələr üzrə təhsil alan tələbə və magistrlar Bakcell-in fəaliyyəti ilə tanış olub, müxtəlif layihələrdə təcrübə qazana bilərlər. Layihə əsasında seçilmiş tələbələr təqaüd qazanmaq imkanı əldə edəcəklər. Layihədə iştirak etmək istəyənlər CV-lərini   hr@bakcell.com   ünvanına göndərə bilərlər. CV-lər 10 mart 2012-ci il tarixinədək qəbul olunacaqdır. X...

Qafqaz Universiteti Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq edəcək.

Resim
28 Fevralda Lənkəran Dövlət Universitetinin rektoru Professor Asəf İsgəndərov rəhbərlik etdiyi nümayəndə heyyəti ilə birlikdə  Qafqaz Universitetinin qonağı oldular.  Səfərin əsas məqsədi Qafqaz Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında Anlaşma Memorandumunun imzalanması idi. Memorandum səkkiz  bənddən ibarətdir. Memerandumun imzalanmasında əsas  məqsəd tərəflər arasında əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıqdır. Memorandumu Qafqaz Unıversıtetı  tərəfindən rektor Professor Ahmet  Saniç, Lənkəran Dövlət Universiteti tərəfindən isə rektor Professor Asəf İsgəndərov imzaladılar.  İmza mərasimindən  sonra qonaqlar Qafqaz Universitetinin Tədris kompleksi ilə tanış oldular. Rəcəb Rzayev http://qu.edu.az/view_news.php?news=1901&link=224&lang=az

525.AZ: Qafqazın tələbələri “Petkim”də təcrübə keçiblər

Resim
 28.02.2012 Dövlət Neft Şirkətinin struktur tərkibində fəaliyyət göstərən “Azərikimya” İstehsalat Birliyinin kollektivi hələ iki il əvvəl respublikamızın qabaqcıl və nüfuzlu ali təhsil ocaqlarından olan, ölkənin müxtəlif sahələri üçün yüksəkixtisaslı kadrlar hazırlayan Qafqaz Universiteti ilə əlaqələrin əsasını qoyub. Qarşılıqlı razılaşma üzrə ötən dövrdə bu ali təhsil ocağının texniki və iqtisadiyyat fakültələrinin müəllim və tələbə heyəti ilə bir sıra görüşlər, diskussiyalar və digər tədbirlər keçirən Birlik kollektivi tələbələrin kimya müəssisələrində təcrübədə olmaları, nəzəri biliklərini praktikada daha da zənginləşdirmələri üçün mühüm addımlar atıb. Lakin gələcək mütəxəssislərin yalnız “Azərikimya”da deyil, həm də regionun daha yüksək inkişaf etmiş neft-kimya nəhəngi olan “Petkim”də – müasir texnologiyalar əsasında yaradılan çoxsaylı müəssisələri ilə tanınan, dünyanın bir çox ölkələrinə keyfiyyətli və geniş assortimentdə neft-kimya məhsulları ixrac edən bu...

“Zaman” təhsilimizin “Qafqaz” zirvəsində

Resim
Ötən şənbə qəzetimizin kollektivi Qafqaz Universitetini ziyarət etdi. İki saatdan çox bu ali təhsil ocağında gördüklərimiz və eşitdiklərimiz bizdə böyük qürur hissi doğurdu. 19 yaşlı bu universitet nəinki ölkəmizin, eləcə də dünyanın ən müasir ali təhsil ocaqlarından biri olmaqla yanaşı, həm də Azərbaycan və qardaş Türkiyə arasında bir körpüdür. “Zaman” ailəsini rəhbərlik etdiyi təhsil ocağında görməsindən məmnun olduğunu dilə gətirən Qafqaz Universitetinin rektoru, tibb elmləri doktoru, professor Ahmet Saniç “Zaman-Azərbaycan”ın hər sayını maraqla izlədiyini və qəzetin səhifələrində tez-tez “Qafqaz”a da yer ayırmasına görə təşəkkür etdi. Rektor yarızarafat, yarıgerçək: “Çox zaman rəhbərlik etdiyim təhsil ocağında keçirilən tədbirlərdən elə “Zaman”la tanış oluram”, - dedi.  “Zaman” Azərbaycana gerçək qəzetçiliyi gətirdi”, - sözləri ilə söhbətini davam etdirən rektor “Zaman”ın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında önəmli rol oynadığını bildirdi. Bunlara rəğmən o, b...

Taksim xocalılıların tribunasına çevrildi

Resim
Ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar olaraq İstanbulun Taksim meydanında keçirilmiş izdihamlı yürüş-mitinqin səs-sorağı hələ uzun müddət kəsilməyəcək. Yalnız ona görə yox ki, aksiyada on minlərlə insan iştirak edib, həm də ona görə ki, bu mitinq Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində atılmış ən böyük və kütləvi addım kimi tarixə düşdü. Bundan başqa, Taksimdəki aksiya Türkiyə-Azərbaycan qardaşlığının növbəti rəmzinə çevrilməsi baxımından da əhəmiyyətlidir. Azərbaycandan da yüzlərlə insanın - millət vəkillərinin, ziyalıların, iş adamlarının, sənətçilərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi aksiyaya Türkiyənin 35 vilayətindən on minlərlə insan qatıldı. Siyasi və ictimai mövqeyindən, sosial mənsubiyyətindən asılı olmayaraq, hər təbəqənin təmsilçisi Taksimdəydi. Əllərində Türkiyə və Azərbaycan bayraqları dalğalandıran aksiya iştirakçıları Xocalının harayını dünya ictimaiyyətinə eşitd...

Şəhid şəhər Xocalı: Flashmob

Resim
27 February, 2012 100 km, 80 km, 60 km, 40 km, 20 km, 10 km və nəhayət Xocalı şəhəri. “Xocalı şəhərinə girişdə” “Gənc Akademiya” klubunun təşkilatçılığı ilə nümayiş etdirilən flaşmob faciəni bir daha gözlərimiz önündə canlandırdı. Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər  “Arxada qalmış gələcək” filiminin nümayişi ilə davam etdi. “Oğuz” klubunun təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda nümayiş olunan bu film gənclərdə vətənpərvərlik duyğularının aşılanmasına yardım etdi.

Ms Projekt kursları üçün qeydiyyatlar başladı

Resim
27 February, 2012 Qafqaz Universitetində Ms Projekt kursları üçün qeydiyyatlar başladı. Universitetin daimi inkişaf mərkəzi tərəfindən təşkil olunan kurslar, 6 həftə davam edəcəkdir. Kursda Ms Projekt proqramından istifadə edərək layihənin hazırlanması, resurs, xərc və zaman planlanması , hesabatların hazırlanmasının ətraflı şəkildə öyrədilməsi nəzərdə tutulur. Kurslarda mütəmadi olaraq iştirak etmiş və müvəffəqiyyət qazanmış tələbələrə Qafqaz Universiteti tərəfindən sertifikat veriləcəkdir. Ətraflı məlumat üçün aşağıda göstərilən telefon və elektron poçt adresləri ilə əlaqə saxlaya bilərsiniz. Qafqaz Universiteti, Daimi İnkişaf Mərkəzi Tel: +994 12 448 28 62 (daxili 304) Mob: +994 55 448 28 62 Faks: +994 12 448 28 61 Web site: www.qu.edu.az e-mail:  sgm@qu.edu.az

Dəmirbankın nümayəndəsi Qafqaz Universitetinin qonağı oldu

Resim
27 February, 2012 Dəmirbankın  marketinq departamentinin nümayəndəsi Əli Bədəlov Qafqaz Universitetini ziyarət etmişdir. İqtisadiyyat və İdarəetmə fakultəsinin dekanı Dos. Həzi Eynalov qonağa Qafqaz Universitetinin uğurları və gələcək prespektivlər haqqında məlumat verdi. Eyni zamanda Əli Bədəlov Azərbaycanın bank sektorunda xüsusi yeri olan və hal hazırda ölkədə 31 filial ilə fəaliyyət göstərən Dəmirbank haqqında geniş məlumat verdi. Görüşdə Qafqaz Universiteti ilə Dəmirbank arasında əməkdaşlıq məsələləri o cümlədən, tələbələrin bankda təcrübə proqramları, təqaüd proqramları, virtual bank ofisinin qurulması, xaricdə təsil alan tələbələrə pulsuz plastik kartların verilməsi və digər məsələlər geniş şəkildə müzakirə edildi. Görüşdə  Mencment kafedrasının müdiri Dr. Firudin Sultanov, Karyer Planlama Mərkəzinin müdiri Dr. İsa Qasımov,  Davamlı İnkişaf Mərkəzinin Koordinatoru Vüsal...

ABŞ Dövlət Departamentinin “Ali təhsil və gələcək karyera planlaması” proqramı başa çatmışdır

Resim
Bakı, 27 fevral (AzərTAc). ABŞ Dövlət Departamentinin təşkil etdiyi “Ali təhsil və gələcək karyera planlaması proqramı” başa çatmışdır. Azərbaycanın ABŞ-dakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, proqram yanvarın 28-dən fevralın 18-dək Vaşinqton, Portland, Los-Anceles, Hantsvil, Nyu-York və digər şəhərlərinin aparıcı ali təhsil müəssisələrində həyata keçirilmişdir. “Ali təhsil və gələcək karyera planlaması proqramı”nda ölkəmizi Qafqaz Universiteti karyera planlama mərkəzinin müdiri İsa Qasımov, Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi Fuad Əliyev, Xəzər Universitetinin nümayəndəsi İsgəndər Ağayev və Odlar Yurdu Universitetinin nümayəndəsi Səbinə Əliyeva təmsil etmişlər. Proqramın məqsədi ABŞ-ın ali təhsil sistemi haqda hərtərəfli anlayış yaratmaq və bu ölkənin kollec və universitet strukturlarının inzibati, təhsillə bağlı, təcrübəli məsləhətçilərlə görüşlər, akademik təhsil, k...

“Hüquq Elminin Aktual Problemləri” adlı 3-cü beynəlxalq elmi praktiki konfrans 4-6 May 2012-ci il tarixlərində Türkiyə Respublikasının Samsun şəhərində keçiriləcəkdir.

Resim
HÜQUQ ELMİNİN AKTUAL PROBLEMLƏRİ 3-CÜ BEYNƏLXALQ KONFRANS 4 – 6 MAY 2012 / SAMSUN –TÜRKIYƏ BİLDİRİŞ: “Hüquq Elminin Aktual Problemləri” adlı 3-cü beynəlxalq elmi praktiki konfrans Bakı Dövlət Universiteti, Ondokuz Mayıs Universitetinin və Qafqaz Universitetinin əməkdaşlığı ilə 4-6 May 2012-ci il tarixlərində Türkiyə Respublikasının Samsun şəhərində keçiriləcəkdir. MƏQSƏDİ: Texnologiyanın təsiri ilə dəyişən və inkişaf edən cəmiyyətin ehtiyaclarına cavab vermək üçün hüquq elmi də dəyişir və inkişaf edir. Bu dəyişmə və inkişaf prosesində qəbul edilən yeni qanunlar yeni problemlər meydana gətirdiyi kimi, əvvəllər tətbiq edilən qanunların isə yeni ehtiyaclara cavab vermədiyi müşahidə olunur. Bütün bunlar həm ümumi, həm də xüsusi hüquq sahəsində yeni-aktual hüquqi problemlərin meydana gəlməsinə səbəb olur. Konfransın əsas məqsədi, qeyd edilən hüquqi problemlərin həll üçün irəli sürülən elmi təklifləri müzakirə edərək, texnologiya və iş dünyasının inkişafı səb...

Xocalı soyqırımı faciəsi İstanbul Taksim meydanında anılıyor FOTO ve CANLI HD TV

Resim
 TAKSİM MEYDANI 16.00 http://www.yayin.tv.tr/yayin-frame.php?id=98&w=640&h=480 İSTİKLAL CADDESİ 16.15 http://www.yayin.tv.tr/yayin-frame.php?id=146&w=640&h=480 İSTİKLAL CADDESİ 16.20 http://www.yayin.tv.tr/yayin-frame.php?id=108&w=640&h=480

CESD Chairman Had Speech at Qafqaz University

Resim
Vugar Bayramov, chairman of CESD, had speech on Management of Oil Revenues in Azerbaijan at Qafqaz University, the top university in Azerbaijan, on February 23, 2012. Vugar Bayramov mentioned that The high inflow of oil revenues to Azerbaijan in recent years has led to large and increases in government expenditures in the state budget and State Oil Fund of the Azerbaijan Republic. Given that oil revenues are exhaustible, volatile, and unpredictable, a sustainable fiscal policy must be enabled that allows for intergenerational equity, diversification in the economy, and predictable annual revenues that reduce pressures of appreciation. Vugar Bayramov said that possessing large oil revenues gives the Government of Azerbaijan a unique opportunity to effectively use this newfound wealth by investing in development programs that can provide a lasting benefit to its citizens’ social welfare, economic growth, security, and overall quality of life. On the other hand, the oil ...

İNFORMATİKA LAYİHƏ OLİMPİADASI:Son qeydiyyat tarixi 1 APREL 2012

Resim
İNFORMATİKA LAYİHƏ OLİMPİADASI İLO respublikamızın İT və kompyuter texnologiyaları sahəsində ən bacarıqlı şagirdlərini bir araya gətirmək arzusundan doğmuşdur. Artıq bu il V-si keçiriləcək məktəblərarası İnformatika Layihə Olimpiadasında iştirak etmək üçün qeydiyyat başlandı.  Yarışın məqsədi şagirdlərin öz ideyalarını kompyuterdə tətbiq edərək maarifləndirici və tərbiyəvi əhəmiyyətli layihələr hazırlaması və bunun vasitəsilə onların həm kompyuter biliklərinin artmasına yardımçı olmaq, həm də kompyuterdən gözəl məqsədlərdə yararlanmağa təşviq etməkdir. http://www.ilo.az/

Xocalı rənglərin dili ilə: Qafqaz Universitetində Xocalı faciəsinin 20 –ci ildönümünə həsr olunan rəsm məşğələsi keçirildi.

Resim
20 il gormədiyimiz Xocalı düşüncənizdə  necə canlanır? Xocalını necə təsəvvür edirsiniz, nəyi xatırlayırsınız? Xocalını rənglərin diliylə  necə  ifadə edə bilərsiniz?  Universitetin tələbələrinə ünvanlanan bu sualların cavabları bu gün rənglərin dili ilə ifadə edilirdi. Mədəniyyət şöbəsi Ebru və Dizayn sənəti kurslarının təşkilatçılığı ilə Xocalı faciəsinin 20 –ci ildönümünə həsr olunan rəsm məşğələsi keçirildi. Foyedə qoyulmuş molbertlər qarşısında oturan tələbələr Xocalı faciəsini heç bir zaman görmədiyi Xocalı şəhərini rəsm və rənglərin dili ilə ifadə edirdi. Bu gün bu rəsmlər o faciəni danışır, yurd-torpaq həsrətini əks etdirirdi. Xocalı həqiqətləri bədii obrazlar vasitəsilə canlanırdı. “Ata və qucağında şəhid olmuş övladı”. Rəsmin qarşısında durarkən sanki bütün həyat donur. İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsinin IV kurs tələbəsi Eşqin Şükürov bu rəsmdə Xocalı həqiqətlərini bədii obrazl...