Kayıtlar

Ekim, 2011 tarihine ait yayınlar gösteriliyor

Qafqaz Universitetində 29 Oktyabr-Türkiyə Cümhuriyyətinin 88-ci ildönümü qeyd olundu.

Resim
30 October, 2011   Qafqaz Universitetində 29 Oktyabr-Türkiyə Cümhuriyyətinin 88-ci ildönümü  qeyd olundu.  Bir gün öncə tədbirin təşkilatçıları-Universitetin Gənc Akademiya klubunun üzvləri Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının və 1918-ci ildə Bakını işğaldan azad edən türk əsgərlərinin məzarlarını ziyarət etdilər. Tədbir Universitetin foyesində  ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyənin istiqlal mübarızəsindən və ölkənin keçdiyi inkişaf yolundan bəhs edən kadrların nümayişi , ardınca “Türkiyəm”  musiqisinin sədaları altında klub üzvlərinin Türkiyə Cümhuriyyətinin bayrağını canlandırdığı flaşmobun seyr olunması ilə başladı. Oktyabrın 23-də  Türkiyənin Van vilayətində baş vermiş dağıdıcı zəlzələdə həlak olan insanların, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilərək, Türkiyə Cumhuriyyəti İstiqlal Marşının...

“20 Yaşlı Azərbaycanım” adlı ədəbi-bədii proqram

Resim
18 October, 2011 Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə Qafqaz Universitetində  “20 Yaşlı Azərbaycanım” adlı ədəbi-bədii gecə keçirildi. Universitetin “Oğuz” klubunun təşkil etdiyi tədbiri giriş sözü ilə açan universitetin rektoru  Prof. Ahmet Saniç  Azərbaycanın dövlət müstəqilliyinin iyirmi illik inkişaf  yolunun ən parlaq nəticəsi kimi dəyərləndirdi. Azərbaycan  Milli Elmlər Akademiyasının vitse prezidenti, akademik Arif Həşimov universitetə dəvət edildiyi üçün təşəkkürünü bildirərək Azərbaycan xalqının Heydər Əliyev yolunu seçməsi ilə dövlət müstəqilliyimizin dönməzliyinin təmin olunduğunu söylədi. Akademik bu uğurdan hər bir Azərbaycan vətəndaşına pay düşdüyünü, Qafqaz Universitetinin məhz müstəqilliyin töhfəsi olduğunu vurğuladı. Tədbir Xalq artisti, müğənni Ağadadaş Ağayev, estrada ulduzu Samirə və Universitetin özfəaliyyət kollektivlərinin çıxışları ilə davam edərək “ Növbəti  müstəqill...

Ramin Orucovun təqdimatında “İKT sahəsində əsas istiqamətlər və iş imkanları” XMİB seminarı

Resim
Xəzər Mühəndisləri İctimai Birliyi  tərəfindən 29 oktyabr tarixində  Qafqaz Universitetində “İKT sahəsində əsas istiqamətlər və iş imkanları”  mövzusunda seminar təşkil olunmuşdur. Təqdimatı hal-hazırda Azercell Telecomda proqramçı kimi çalışan  Ramin Orucov  keçirmişdir.  Təxminən 120-yə yaxın tələbə bu seminarda iştirak etmişdir.  Onlar ADNA, AzTU, BDU, Qafqaz Universiteti, Xəzər Universiteti və digər ali təhsil ocaqların tələbə və məzunlarıdır. Bu rekord gostərici CES-in tarixində bir ilk oldu. Seminardan sonra daha 20 tələbə üzv olmaq üçün ərizə formalarını doldurdular. Ramin Orucov əvvəl İKT barəsində ümumi məlumat verdi. Seminarın əsas mövzuları bunlar idi: İKT üzrə əsas istiqamətlərin təsnifatı İş üçün tələb olunan bilik və bacarıqlar Beynəlxalq sertifikatlar və onların əhəmiyyəti Nümunə karyera planları Tövsiyələr Yerli və xarici iş axtarış saytları Proqlamlaşdırma, verilənlər bazası, texniki dəstək, əməliyyat sistemləri, şəbəkə texnolo...

CES tədbiri uğurla başa vurdu

Resim
http://elekberov.com/ces-t%C9%99dbiri-ugurla-basa-vurdu/?utm_source=rss&utm_medium=rss&utm_campaign=ces-t%25c9%2599dbiri-ugurla-basa-vurdu Bu günlərdə sizə məlumat verdiyim, Caspian Engineers Society tədbiri bu gün səhər keçiriləcək idi. İşlərin çoxluğu ucbatından gecə saat 3-də yatmağıma baxmayaraq, səhər 8-in yarısı yuxudan oyanıb, səhər yeməyimi yeyib, tədbirə hazırlaşdım. Soruşacaqsız niyə belə tez? Tədbir axı 11-də idi. Mən Bakıxanov qəsəbəsində yaşayıram, buradan da Xırdalana gedib çıxmaq, elə ən azı 1 saat yarım yoldu :)) Hər dəfə belə maraqlı tədbirlər keçiriləndə hirslənirəm ki, niyə axı Qafqaz Universiteti? Düzdü şərait və s. superdi… Amma şəhər kənarına gedib çıxmaq, özü də qıjıxana 20 yanvardan keçmək dəhşətdi :)) Nə isə, saat 11-in yarısı artıq Qafqaz Universitetinə gəlib, Ramin Orucova zəng etdim ki, tədbir hansı otaqda keçiriləcək? 128 otaqda olacağını qeyd etdi. Otağa gəlib, 5 dəqiqə gözlədikdən sonra, hansısa xalaşka gəlib özünü lezvaladı ki, bəs bu otaqda biz...

Qafqaz University has applied for the IISRC Consortium membership.

Resim
  Scientific Conference on International Information Security has started its work in Changsha, China in 25 October and continue till 27 October. Representatives of many countries including Russia, United States, China, United Kingdom, Canada, etc. have came together to discuss existing Information Security Problems and try to find joint decisions acceptable for all sides. Representatives of all participating countries show their concern about increasing cyber treats in Internet environment. All participants express understanding that regardless to technological and economical development no country alone can succeed in the war against cyber crime. It's why International Information Security Research Consortium (IISRC) is trying to convince more countries to join to convention on International Information Security. Actually, any organization actively using cyberspace and concern about its security may apply for IISRC Consortium membership. Like so, during conference the applica...

“Medianın iqtisadi potensialı olmalıdır”

Resim
Azərbaycan müstəqillik əldə etdikdən sonra media sahəsində də müəyyən islahatlar aparıldı. Lakin mediamız hələ də dünya standartlarına çata bilmir. Qafqaz Universitetində media nümayəndələrinin iştirakı ilə medianın iqtisadi problemləri mövzusunda keçirilən seminarda da bu məsələ müzakirə olunub.   Tədbirdə Azərbaycan jurnalistikasının dünənindən və bu günündən söz açan “Qafqaz”ın İqtisadiyyat fakültəsinin dekanı Həzi Eynalov hər ölkədə medianın öz strategiyasının olduğunu bildirib: “Dünyada medianı 4-cü hakimiyyət kimi qəbul edirlər. Çünki media cəmiyyətin iradəsidir, səsidir”. Onun sözlərinə görə, medianın cəmiyyətin tələblərini ödəyə bilməsində onun iqtisadi potensialı da olmalıdır”. Dövlətin qəzetlər üçün ayırdığı yardımlardan söz açan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının rəhbəri Umud Rəhimoğlu bu bölümdə iqtidar, müxalifət məsələsinin olmadığını sö...

BDU-da II Beynəlxalq Türkiyə-Azərbaycan elmi-praktiki simpoziumu keçirilir

Resim
28.10.2011 16:26 Bu gün Bakı Dövlət Universitetində “İnformasiya-Kommunikasiya Texnologiyaları və Şəxsiyyət Hüquqları” adlı II Beynəlxalq Türkiyə-Azərbaycan elmi-praktiki simpoziumun plenar iclası öz işinə başlayıb. Tədbir Qafqaz Universiteti, Türkiyənin Özyeğin Universiteti və BDU-nun birgə təşkilatçılığı ilə baş tutub. Tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov simpoziumun əhəmiyyətindən danışıb. Məlum olub ki, simp o ziumun keçirilməsində məqsəd Azərbaycanda hüquq elminin davamlı inkişaf etdirilməsini təmin etmək, elmi kadrların hazırlıq səviyyəsini daha da artırmaq, informasiya-kommunikasiya texnologiyalarının hüquq elminin müxtəlif sahələrinə dair elmi tədqiqatların müzakirəsini təmin etmək və bunun nəticələrini hüquq ictimaiyyətinə çatdırmaqdır. Azərbaycanda elmə, təhsilə böyük önəm verildiyini deyən akademik, ölkənin iqtisadi potensialını intellekt kapitalına çevirməyin vacibliyini xatırladıb. Sonra Qafqaz Universitetinin prorektoru, professor Cihan Bulut, Özyeğin...

II Beynəlxalq Türkiyə - Azərbaycan Hüquq Simpoziumun açılış mərasimi keçirildi.

Resim
28 October, 2011 Bu gün Bakı Dövlət Universitetində, Bakı Dövlət Universiteti, Özyeğin Universiteti və Qafqaz Universiteti əməkdaşlığı ilə “İnformasiya və kommunikasiya texnologiyaları və şəxsiyyət hüquqları” mövzusunda II Beynəlxalq Türkiyə - Azərbaycan Hüquq Simpoziumun açılış mərasimi keçirildi. Açılış mərasimində informasiya və kommunikasiya texnologiyalarının insan hüquqlarına, konstitusiya hüququna, cinayət hüququna, mülki hüquqa, ticarət hüququna təsiri və informasiya və kommunikasiya texnologiyaları sahəsində şəxsiyyət hüquqlarının pozulması kimi müasir və aktual məsələlər müzakirə olundu.                  Simpoziumun açılış mərasimində Bakı Dövlət Universitetinin rektoru Akademik Abel Məhərrəmov, Qafqaz Universitetinin prorektoru Prof. Dr. Cihan Bulut və Özyeğin Universiteti Hüquq fakültəsinin Dekanı Prof. Dr. Yener Üner çıxış et...

Türkiyə Prezidentinin Maliyyə Müşaviri liseydə

Resim
Oktyabrın 22-də Türkiyə Cumhuriyyətinin Prezidentinin Maliyyə Müşaviri Durmuş Yılmaz  Bakı Özəl Türk Liseyində olub. Qonağı Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünver və “Qafqaz” Universitetinin rektoru prof. Ahmet Saniç səmimiyyətlə qarşılayıblar. Sonra H. Ünver rəhbərlik etdiyi tədris müəssisəsinin  fəaliyyəti təhsildə əldə etdikləri nailiyyətləri barədə ətraflı məlumat verib. Şagirdlərinin beynəlxalq və respublika olimpiadalarında qazandıqları uğurlarından və məzunlarının dünyanın bir çox ali tədris müəssisələrində təhsillərini davam etdirmələrindən danışıb. Sonra Türkiyəli qonaq liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası ilə yaxından tanış olub. Burada şagirdlər üçün hazırlanmış şəraitdən, məktəblilərin əldə etdikləri nailiyyətlərdən məmnun olduğunu bildirib. Yeni tədris ilində təhsildə lisey kollektivinə uğurlar arzulayıb. www.cag.edu.az

Liseylərin fənn olimpiadaçıları ilə görüş

Resim
Oktyabrın 20-də Bakı Özəl Türk liseyinin (BÖTL) müdiri Hayrettin Ünver və Azərbaycan - Türkiyə Özəl liseylərinin fənn olimpiadaçıları, Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin rəisi polis polkovniki Muradəli Babayevlə tərəfindən qəbul edilmişlər. Görüş zamanı BÖTL-nin müdiri H. Ünver şagirdlərin fənn olimpiadalarından əldə etdikləri nailiyyətləri, onların bu bilik yarışmalarına hazırlanması barədə, eləcə də qarşıda duran Respublika və  beynəlxalq, fənn olimpiadaları haqqında geniş məlumat verdi. Qonaqları səmimi qarşılayan polkovnik M. Babayev əvvəlcə rəhbərlik etdiyi idarənin əməkdaşlarıın fəaliyyətindən, gündəlik işlərindən danışdı. Sonra şagirdləri təhsildə əldə etdikləri nailiyyətləri münasibətilə təbrik edildi. M. Babayev Nərimanov rayonunda belə bir təhsil müəssisəsinin olmasını yüksək qiymətləndirərək bu cür məktəblərin rayona və bütünlükdə şəhərə, yeniyetmə v...

Liseydə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş futbol yarışı keçirilib

Resim
18 oktyabr  - Azərbaycan Respublikası Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Şəki Azərbaycan-Türkiyə Özəl Liseyində 7 və 8-ci sinifləri arasında futbol üzrə  yarışmas keçirilib. Yarışın finalını izləyənlər arasında Şəki Şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İsgəndərov və Şəki “Araz” Kurslarının müdiri Mehman Zeynallı da olub. Qalib komandaya diplom və hədiyyələrini təqdim edilib. Sonra qonaqlar liseydə şagirdlər üçün hazırlanmış şəraitlə də yaxından tanış olublar. Liseyin müdiri İsmail Özcan qonaqlara bu təhsil ocağının əldə etdiyi nailiyyətləri barədə ətraflı məlumat verib. Qonaqlar liseydə məktəblilər üçün hazırlanmış şəraitdən, təlim-tərbiyə işində əldə edilən nailiyyətlərdən və şagirdlərin nizam-intizamından razılıqlarını bildiriblər.     http://www.cag.edu.az/haber.php?id=308

Tələbə-Məzun Dövlət Elektron Məlumat Sistemi yaradılıb

Resim
    Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin məsul şəxsləri və operatorları üçün treninqin qrafiki müəyyənləşib Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komitəsində (TQDK) “Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi”nin fəaliyyətə başlaması üçün hazırlıq işlərinin aparılması ilə əlaqədar iclas keçirilib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2010-cu il tarixli 225 saylı fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi haqqında Əsasnamə”yə uyğun olaraq TQDK tərəfindən Tələbə-Məzun Dövlət Elektron Məlumat Sistemi yaradılıb. Sistemə Azərbaycan Respublikası ali və orta ixtisas təhsili müəssisələri qoşulacaqlar. Bununla əlaqədar Bakı şəhərində yerləşən ali təhsil müəs...

"Unutmağa kimsə yox" ...

Resim
28 October, 2011 Qafqaz Universitetində Azərbaycan Yazıçılar İttifaqının üzvü, yazıçı-dramaturq, şair, ədəbi tənqidçi, ictimai xadim Kamal Abdulla ilə görüş keçirildi. Universitetin ədəbiyyat klubunun təşkilatçılığı ilə keçirilən tədbiri   giriş sözü ilə açan universitetin prorektoru, professor Niftalı Qocayev bu görüşün tələbələr üçün böyük əhəmiyyətə malik olacağını vurğuladı. Görkəmli ədibin həyat və yaradıcılığı haqqında slaydın nümayişi ilə başlayan görüş şair Ramiz Rövşənin Kamal Abdullaya ithaf etdiyi “Bir ovuc suda” şerinin və müəllifin “Unutmağa kimsə yox” romanından bir hissənin səsləndirilməsi ilə davam  etdi. Kamal Abdulla görüş iştirakçılarının xüsusi marağına səbəb olan  “Unutmağa kimsə yox” romanı və  Azərbaycan ədəbiyyatı, dili, mədəniyyəti, müasir ictimai-siyasi durumu ilə bağlı sualları cavablandırdı.  Görüşün sonunda qonağa x...

Türkiyə və Azərbaycanın strateji araşdırmalar mərkəzləri “Azərbaycan həftəsi” çərçivəsində İğdırda konfrans keçirmişlər

Ankara, 27 oktyabr (AzərTAc). Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümü münasibətilə “Azərbaycan həftəsi” çərçivəsində İğdırda konfrans keçirmişlər. Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin sədri, professor Murad Arasın sədrlik etdiyi konfransda İğdır Universitetinin rektoru, professor İbrahim Hakkı Yılmaz, tələbə-müəllim heyəti iştirak etmişdir. Konfransda Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa, Qafqaz Universiteti nin dosenti Rövşən İbrahimov və Azərbaycan Diplomatik Akademiyasının dosenti Elnur Soltanlının Türkiyə-Azərbaycan əlaqələrinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə dair məruzələri dinlənilmişdir. Natiqlər vurğulamışlar ki, erməni problemi Türkiyə və Azərbaycanın ortaq məsələsidir və iki ölkənin ictimaiyyəti bundan sonra da bu məsələdə birgə fəa...

Türkiyənin dərdi Azərbaycanın dərdidir, Azərbaycanın dərdi Türkiyənin dərdidir.

Resim
28 October, 2011 Əməldə sözdə iki qardaş.  Müəyyən qisim dövlətlər var ki, bəşəriyyət tarixinə bir-birinə yaxın, dost, qardaş ölkələr kimi düşüblər. Bu ölkələrin bəzilərini bir-birinə din, bəzilərini dil, bəzilərini isə mədəni köklər bağlayır. Lakin onların heç biri ümumilikdə dünya birliyinə örnək olacaq Türkiyə-Azərbaycan qardaşlığı qədər dərin köklərə malik deyildirlər. Bu gün çəkinmədən Türkiyə-Azərbaycan əlaqələrini bəşəriyyət üçün bir nümunə adlandırmaq olar. Bunun başlıca səbəbi isə həmin əlaqələrin mərkəzində dayanan xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmasıdır. Daha dəqiq desək, bizim xalqlarımızın dostluğu, qardaşlığı böyük sınaqlardan çıxıb və böyük tarixi yol keçib. Bəli yuxarıda sadalananlara diqqət yetirsək Türkiyənin dərdi Azərbaycanın dərdidir,  Azərbaycanın dərdi Türkiyənin dərdidir . “23 oktyabr  Türkiyə üçün, ...

İki kez tebrikler Azerbaycan!

Resim
  Abdülhamit Bilici   Van ve Erciş'teki deprem karşısında ülkemizin her tarafından insanların yardım için seferber olması, sadece sahip olduğumuz millet şuurunun derinliğini göstermedi. Anadolu'da yüzlerce yılın testinden geçmiş kardeşliğin, bütün menfi çabalara rağmen kolay sarsılmayacağını da ispatladı. Depremzedelerin sokakta kalmaması için gazeteci Ahmet Tezcan'ın başlattığı "Evim Evindir Van" kampanyasından Türkiye'nin her köşesindeki belediye, okul, şirket ve derneklerin çalışmalarına gösterilen çabalar felaketin acı aynasına yansıyan en tatlı karelerdi. Depremin büyüklüğü anlaşılır anlaşılmaz Türkiye ile birlikte dünya da harekete geçti. Dışişleri'nden aldığım bilgiye göre, 28 ülke ve 3 uluslararası örgüt yardım gönderme çağrısında bulunmuştu. Almanya'dan Pakistan'a, Mısır'dan İsrail'e, ABD'den Bulgaristan'a birçok ülke isimlerini bu listeye yazdırmıştı. AB, NATO ve BM gibi ulu...

Ahmet Sanıç: "Quş, İnək, Arı və Professor"

http://www.video.az/ru/video/16017/Ahmet-Sanic-Qu%C5%9F-%C4%B0nek-Ari-ve-Professor-TEDxBaki

Micro Economics Server Qurbanov (25.10.2011)

Qafqaz Universitetinde “İKT sahəsində əsas istiqamətlər və iş imkanları” mövzusunda seminar keçiriləcəkdir.

Resim
Növbəti seminar “İKT sahəsində əsas istiqamətlər və iş imkanları” – Ramin Orucov Start:29/10/2011 11:00 am End:29/10/2011 1:00 pm Venue:Qafqaz Universiteti Bakı-Sumqayıt Şosesi 16-km, Xırdalan, Azerbaijan, AZ0101 “İKT sahəsində əsas istiqamətlər” – Ramin Orucov İş Təcrübəsi :   Azercell Telekom, Proqramçı (2 il, 7 ay) Fövqəladə Hallar Nazirliyi, Proqramçı (1 il) Qafqaz Universiteti, Laborant (1 il, 7 ay) Təhsili : 2008 – MS: Qafqaz Universiteti , Kompüter Mühəndisliyi. 2006 – BA: Qafqaz Universiteti , Kompüter Mühəndisliyi. Əsas mövzular :   İKT sahəsindəki əsas istiqamətlərin təsnifatı. İş üçün tələb olunan bilik və bacarıqlar. Beynəlxalq sertifikatlar və onların əhəmiyyəti. Nümunə karyera planları. Tövsiyələr. Yerli və xarici iş axtarış saytları. http://thecesworld.org/az/?p=1454

Türkiyə Prezidentinin müşaviri TÜSİAB üzvləri ilə görüşüb

Resim
Xəbər verdiyimiz kimi, ötən həftə Qafqaz Universitetində təşkil olunan “2008-ci il qlobal maliyyə böhranından çıxarılan dərslər və yeni maliyyə böhranına qarşı görüləcək tədbirlər” adlı konfransda iştirak etmək üçün Azərbaycana gələn Türkiyə Prezidenti Abdullah Gülün iqtisadiyyat məsələləri üzrə müşaviri, Türkiyə Mərkəzi Bankının keçmiş rəhbəri Durmuş Yılmaz ötən gün ölkəmizdə fəaliyyət göstərən TÜSİAB (Türk Sənayeci və İşadamları Beynəlxalq Cəmiyyəti) üzvləri ilə də bir araya gəlib.    Türkiyə Prezidentinin iqtisadiyyat məsələləri üzrə müşaviri dünya iqtisadiyyatında, xüsusilə də Avropada yaşanan böhranla bağlı fikirlərini toplantı iştirakçıları ilə paylaşıb. D. Yılmaz ölkəmizdə fəaliyyət göstərən iş adamlarını maraqlandıran sualları da cavablandırıb. Görüşün sonunda TÜSİAB İdarə Heyətinin sədri Murat Bakır TÜSİAB üzvləri adından D. Yılmaza təşəkkür edərək, xatirə hədiyyəsi təqdim edib....

“Dayanıqlı inkişaf və idarəetmə modelləri: nəzəriyyə və praktika” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Resim
10:45 (24.10.2011) 23-25 dekabr 2011-ci il tarixlərdə Lənkəran Dövlət Universitetində “Dayanıqlı inkişaf və idarəetmə modelləri: nəzəriyyə və praktika” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Lənkəran Dövlət Universiteti, AMEA Lənkəran Regional Elmi Mərkəzi , Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti və Azərbaycan Turizm İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək konfransda dayanıqlı inkişaf və idarəetməyə dair müasir təbiətşünaslıqda, humanitar və ictimai-siyasi elmlərdə alınan elmi-praktik əhəmiyyətli nəticələrə dair məruzələr dinləniləcək. Konfransın əsas bölmələri: 1. Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafında İlham Əliyev mərhələsi 2. Azərbaycanın milli inkişaf modeli 3. Təhsil və sosial-iqtisadi inkişaf 4. İnformasiya texnologiyaları ilə sosial-iqtisadi inkişaf 5. Dayanıqlı inkişafın elmi-nəzəri problemləri 6. İdarəetmə və optimal idarəetmə modelləri 7. Qloballaşma şəraitində sosial-iqtisadi və ekoloji inkişaf Konf...