V Respublika Məktəblərarası İnformatika Layihə Olimpiadası keçirildi
Bakı
 Özəl Türk Liseyində V Respublika Məktəblərarası İnformatika Layihə 
Olimpiadası keçirilib. Şagirdlərin müasir kompyuter texnologiyaları 
sahəsində respublikanın ən bacarıqlı məktəblilərini bir araya gətirərək 
onların kompyuter biliklərini artırmaqda kömək etmək, maarifləndirmək, 
bundan yaxşı məqsədlər üçün istifadə etməyi təşviq etmək olan 
olimpiadada, Azərbaycan-Türkiyə Özəl Liseyləri ilə bərabər respublikanın
 bir çox şəhər və rayonlarından orta ümumtəhsil məktəblərinin şagirdləri
 də biliklərini sınayıb. Olimpiadada 100-dən artıq məktəbli 43 layihə 
ilə iştirak ediblər. Məktəblilər burada 3 kateqoriya - “Veb səhifəsi”, “Animasiya” və “Qısa film” hazırlamaq bacarıqlarını nümayiş etdiriblər. Olimpiadada iştirak edən şagirdlərdən  “Veb səhifəsi” hazırlamaq layihəsi üzrə Sumqayıt şəhəri 39 saylı orta məktəbin şagirdi Əlabbas Qurbanov (“İT Education “), “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının şagirdləri Aytac
 Abbaszadə və Turac Abbaszadə (“Heyvanlar aləmi”), “Animasiya” layihəsi 
üzrə Bakı Özəl Türk Liseyinin şagirdi Turqay Hüseynov (“Şagird 
məlumatlandırma”), Şirvan Özəl Türk Liseyinin şagirdi Murad İbrahimzadə 
(“Mən azərbaycanı sevirəm”), “Qısa film” layihəsi üzrə “Qafqaz” 
Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının 6a şagirdləri (“Çətin seçim”), 
Bakı Özəl Türk Liseyinin şagirdi Rüfət Əlizadə (“Starwars”) 1-ci yerə, 
“Veb səhifəsi” layihəsi üzrə “Qafqaz” Azərbaycan-Türkiyə Özəl 
Gimnaziyasının şagirdləri Leyla Cəfərli, Gültəkin Qaradağlı 
(“Azərbaycanın dünəni, bugünü, sabahı”), Naxçıvan Muxtar Respublikasında
 fəaliyyət göstərən akademik Əhməd Mahmudov adına Şərur Türk Liseyinin 
şagirdi İsmayıl Aras (“CəlilMəmmədquluzadə”), “Animasiya” layihəsi üzrə 
Xəzər Universitetinin Dünya məktəbinin şagirdləri İnci Məmmədli, Nigar 
Həsənzadə (“Aslan, qurd və tülkü”), “Qafqaz” Azərbaycan-Türkiyə Özəl 
Gimnaziyasının şagirdləri Kübra Vəliyeva, Halimenur Atmaca (Xeyir və 
şər), “Qısa film” layihəsi üzrə Bakı şəhəri 264 saylı orta məktəbin 
şagirdləri Sənan Hacılı, Əziz Hüseynov (“İnternetmania”), Dəyanət Vəqfi 
Bakı Türk Liseyinin şagirdi Fərid Çələbi (“Yaxşi və pis”) 2- ci yerə, 
“Veb səhifəsi” layihəsi üzrə Ağdaş Özəl Türk Liseyinin şagirdi Firudin 
Davudzadə (“Online imtahan”), Bakı Özəl Türk Liseyinin şagirdləri Hüseyn
 Yusifli, Elçin Tarquliyev (“Elektron kitabxana”), Naxçıvan Türk  
Liseyinin şagirdləri Musatafa Qasımzadə, Ceyhun Novruzov (“Hüseyn 
Cavid”), “Animasiya” layihəsi üzrə Sumqayıt Özəl Türk Liseyinin şagirdi 
Nizami Eminov (“Eminov fantasy”), LənkəranÖzəl Türk Liseyinin şagirdləri
 Sabir Nəsrullayev, Famil Səmədli (“Ana sevgisi”), Mingəçevir şəhər 3 
saylı orta məktəbin şagirdi Aysel Mustafayeva (“Qırmızı papaq”), “Qısa 
film” layihəsi üzrə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Gülağa 
Gözəlov (“Danışan lallar”), Mingəçevir şəhər 3 saylı orta məktəbin 
şagirdi Adalət Mustafayeva (“Məktəb illəri - yaxşı və pis anlar”), 
 “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının şagirdləri Tutu 
Balayeva, Leyla Ağaquliyeva (“Carolines adventure”) isə 3-cü yerə layiq 
görülüblər. 
Sonda olimpiada
 da 1, 2 və 3-cü yerləri tutan şagirdlər mükafatlandırılıblar. Tədbirdə 
“Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren, 
Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəhbərləri Arif 
Gömleksiz, Mesut Kurnaz və tədris müəssisə rəhbərləri, müəllimlər, eləcə
 də valideynlər iştirak ediblər.