“Qarabağdan Amasiyaya Könül Körpüsü – Beynəlxalq Həmzə Nigari Simpoziumu” başlayır
Simpoziumda
 Azərbaycan və Türkiyədən təsəvvüf, şərq fəlsəfəsi, Həmzə Nigarinin 
dövrü, mühiti, həyatı, müəllimləri, yaradıcılığı, ədəbi irsi, 
davamçıları haqqında 50-dən çox alim məruzə edəcəkdir. Simpoziumla 
yanaşı Azərbaycan və Türkiyənin xalq musiqiçiləri və rəqqaslarının 
iştirak edəcəyi konsertlər təşkil olunacaq. 
Məlumat
 üçün bildirək ki, Amasiyada yaşayan azərbaycan türkləri özlərini bura 
ilk gələn təsəvvüf alimlərindən İsmayıl Şirvaniyə görə şirvanlılar 
adlandırır, Amasiya və ətrafında geniş yayılmışlar. İsmayıl Şirvani və 
Həmzə Nigarinin türbələri Amasiya şəhərində olub, ardıcılları tərəfindən
 həmişə ziyarət edilmişdir. Həmzə Nigarinin Divanı həm Türkiyədə, həm də
 Azərbaycanda zaman-zaman mədrəsələrdə, şeir məclislərində oxunub.
Qarabağ
 ədəbi irsinin Amasiyada Həmzə Nigari ilə davam etməsi türk dünyası 
tarixində böyük hadisədir, araşdırılmağa hər zaman ehtiyac duyulur.
Tural QABİLOĞLU
http://www.movqe.az/v5/2218/%E2%80%9CQaraba%C4%9Fdan_Amasiyaya_K%C3%B6n%C3%BCl_K%C3%B6rp%C3%BCs%C3%BC_%E2%80%93_Beyn%C9%99lxalq_H%C9%99mz%C9%99_Nigari_Simpoziumu%E2%80%9D_ba%C5%9Flay%C4%B1r/