Quba Özəl Türk Liseyində liseylərarası fizika təcrübə yarışı keçirilib

Liseylərarası fizika təcrübə yarışı 
Quba Özəl Türk Liseyində liseylərarası fizika təcrübə yarışı keçirilib. Yarışda Quba, Bakı, “Dədə Qorqud”, Ağdaş, Mingəçevir, Gəncə, Sumqayıt, Şirvan Özəl Türk Liseylərindən  30 şagird 15 təcrübə "Sürət qatarının çalışma prinsipləri", "sadə elektrik motoru", "dispersiya", "difraksiya və interfirensiya hadisələrinin alınması", "maqnetizma", "riyazi rəqqas", "güzgülər arasındakı bucağa əsasən görüntünün alınması və kaleydeskop", "elektromaqnetik dalqaların qarşısını almaq" və s. adlı layihələri ilə iştirak ediblər.Tədbir iştirakçı tərəfindən maraqla izlənilən fizika təcrübə yarışında Quba Özəl Türk Liseyi I yerə, Mingəçevir Özəl Türk Liseyi, Gəncə Azərbaycan, Ağdaş, Sumqayıt Özəl Türk Liseyləri II, Gəncə-Azərbaycan, Bakı, Ağdaş, Mingəçevir və “Dədə Qorqud” Özəl türk Liseyləri isə III yerlərə layiq görülüblər. Yarışın sonunda qalib şagirdlər mükafatlandırılıb.
 

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq