“Qafqaz” qızıl mükafata layiq görülüb
 Qafqaz Universiteti Almaniyanın Frankfurt 
şəhərində keçirilmiş Keyfiyyət üzrə 38-ci B.I.D. Beynəlxalq 
Konvensiyasında “International Arch of Europe” nominasiyası üzrə qızıl 
mükafata layiq görülüb
Konvensiyada universitetin biznes dünyası 
ilə qurduğu işgüzar münasibət və təhsil sektorunda göstərdiyi fəaliyyət 
“International Arch of Europe”-un əsasnaməsi və QC100 - Keyfiyyətin 
Ümumi İdarəedilməsi Modelinin meyarları əsasında yüksək 
qiymətləndirilib. Mükafatlandırma mərasimində 70-dən artıq ölkədən 
müxtəlif şirkətlərin rəhbərləri, o cümlədən Qafqaz Universitetinin 
rektoru, professor Ahmet Saniç də iştirak edib.
Qeyd edək ki, “Business Initiative Directions” (B.I.D.) iş dünyasında
 keyfiyyət baxımından yüksək göstəricilərə malik şirkətləri 
mükafatlandıran nüfuzlu qeyri-hökumət təşkilatıdır və son 26 ildə 
müxtəlif nominasiyalar üzrə 117 ölkənin qabaqcıl şirkətlərini 
mükafatlandırmışdır. Bu şirkətlər ötən il müxtəlif vaxtlarda Paris, 
London, Madrid, Cenevrə, Frankfurt və Nyu-Yorkda “B.I.D. Ümumdünya 
Konqresi” adı altında bir araya gəlmişdir. Həmin görüşlərdə iştirak 
edənlər yeni mükafat veriləcək şirkətləri təklif etmişdirlər. Namizədlər
 21 adda müxtəlif keyfiyyət göstəriciləri (idarəetmə, tədqiqat və 
inkişaf, innovasiya, davamlı təhsil və s.) əsasında incələnmişdir. 
Beynəlxalq Seçki Komitəsi bu göstəricilərdən azı 5-i üzrə yüksək dəyər 
qazanan namizədləri qalib elan etmişdir.