İqtisadi İnkişaf Naziri Şahin Mustafayevlə Çağ Öyrətim Şirkətinin rəhbərliyi arasında görüş keçirilib.
      
                        16 May, 2012,
 İqtisadi İnkişaf Naziri (İİN) Şahin Mustafayev 
rəhbərlik etdiyi nazirlikdə nazirliyin rəhbər işçiləri iləbirlikdə  Çağ 
Öyrətim İşlətmələri şirkətinin rəyasət heyətinin sədri Enver Özereni və 
Qafqaz Universitetinin  rektoru professor  Ahmet Saniç ilə görüş 
keçirilib. Görüş zamanı rəhbərlik etdiyi şirkət haqqında bəhs edən  Çağ 
Öyrətim İşlətmələri şirkətinin rəyasət heyətinin sədri Enver Özeren Çağ 
Öyrətim şirkətinin qurulma tarixindən, Qafqaz Universitetinin 
fəaliyyətindən geniş məlumat verdi. Enver Özeren “Çağ Öyrətim və Qafqaz 
Universiteti ümummilli lider Heydər Əliyevin əsəridir. O, uca insan 
Türkiyə təhsil modelini Azərbaycana gətirmək üçün 1993-cü ildə Çağ 
Öyrətim İşlətmələri şirkətinin fəaliyyətə başlamasına təkan vermişdir” 
Çağ Öyrətim şirkəti də  Ulu öndərin bu etimadına sədaqətlə xidmət edir 
və edəcəkdir” söylədi. Sonra söz alan Qafqaz  Universitetinin rektoru 
Ahmet Saniç universitetin  həyata keçirdiyi yeni lahiyələrdən bəhs etdi.
 Sonra İqtisadi İnkişaf Naziri (İİN) Şahin Mustafayev Çağ Öyrətim 
İşlətmələri şirkəti və Qafqaz Universiteti haqqında günbəgün artan 
nüfuzu barədə geniş məlumata sahib olduğunu bildirdi. “Sizin 
fəalliyətlərinizi izləyirəm, beynəlxalq olimpiadalarda tutduğunuz 
yerlərdən, keçirdiyiniz olimpiadalardan, beynəlxalq konfraslardan 
məlumatlıyam və tutduğunuz bu müqəddəs yolda sizə uğrlar arzulayıram” 
dedi. Sonra İqtisadi İnkişaf Nazirliyi, Çağ Öyrətim İşlətmələri şirkəti 
və Qafqaz Universiteti arasında əməkdaşlıqlar barədə müzakirələr 
aparıldı. Müzakirələr zamanı səslənilən mövzular bunlardır: Texno 
parkların yaradılması, Mərmərə Universiteti, İqtisadi İnkişaf Nazirliyi 
və Qafqaz Universiteti birgə doktorantura pilləsində mütəxəssislər 
hazırlamaq, birgə konfranslar keçirmək, iş dünyası ilə əlaqəli 
proqramlar keçirmək barədə müzakirələr aparıldı.Qafqaz universiteti mətbuat xidməti.