Qafqaz universitetində Biznes Forumun çərçivəsində “Biznes Məsələləri Yarışı” keçirildi.
May ayının 12-də Qafqaz Universitetində Biznes 
Forumun çərçivəsində “Biznes Məsələləri Yarışı” (Business Case 
Competition) keçirilmişdir. Qafqaz universitetinin müxtəlif 
kafedralarından olan tələbələrdən təşkil olunmuş beş komanda tərəfindən 
“Google”, “Dell”, “Jet Blue Airlines”, “Krispy Kream” və “Wholefoods 
Market” kimi beynəlxalq şirkətlərin biznes strategiyalarının təhlili ilə
 əlaqədar təqdimat edilmişdir.
Qafqaz Biznes Formu Qafqaz Universitetinin Maliyyə, Dünya 
İqtisadiyyatı və Biznesin  İdarəedilməsi  bölmələrinin yüksək 
motivasiyalı və istedadlı tələbələrindən qurulmuş tələbə təşkilatıdır. 
Biznesin  İdarəedilməsi  bölməsinin baş müəllimi Adiljan Abdurazzak 
tərəfindən keçirilən həftəlik treyninqlərdən əlavə olaraq üzv tələbələr 
biznes sektoru və təhsil sektorundan yerli və xarici mütəxəssislərin 
iştirakı ilə seminarlara qatılırlar.
Yarış sonunda fəal iştirakçıları müxtəlif şirkətlərdə məvacibli 
təcrübə keçmək və karyera imkanları əldə etmək kimi təkliflər aldılar. 
Müsabiqə iştirakçıları Çinici Geyim  və Süvari Geyim şirkətləri tərəfindən mükafatlandırılmışdır.