Növbəti əsgər ziyarəti - Goranboy və Bərdə rayonları
      
                        14 May, 2012,Məzun Koordinasiya Şöbəsi növbəti əsgər 
ziyarətinə Goranboy rayonuna getdi. Hərbi hissənin Tibb Məntəqəsi və 
postlarında olan əsgərlərimizi - məzunlarımızı ziyarət etdik. 
Gözləmədikləri bir ziyarət onlara surpriz oldu. Tibb Məntəqəsində 
Xidmətdə olan Məzunlarımızdan Səbuhi Piriyev - "bizə Universitetdən 
ziyarətə gələcəklərini söyləmişdilər, amma inanmırdıq, gözləmirdik. 
bizim üçün surpriz oldu, çox sevindirici haldır" deyə öz təəssüratlarını
 bizimlə bölüşdü. Xeyli söhbətdən sonra dağın zirvəsində xidmət edən 
digər məzunlarımızı ziyarətə qalxdıq. Orda da İngilis dili və ədəbiyyatı
 məzunumuz Kamran Əhmədov xidmət edirdi. Bu surpriz ziyarət Kamranı da 
çox sevindirdi. Hal-əhval tutduq, xeyli söhbət etdik.
Goranboy rayonundan sonra Bərdə rayonunda hərbi xidmətdə olan 
məzunlarımız Eyniş Məmmədov və Zaman Şirinovu ziyarət etdik. Bizi görən 
məzunlarımız çox təəccübləndilər və sevindilər. Belə bir yerdə də 
xatırlandıqları üçün minnətdarlıqlarını bildirən məzunlarımız bu 
fəaliyyətlərin davamını dilədilər. Keçmiş xatirələrdən, yaşadıqları 
maraqlı hadisələdən danışan məzunlarımızla söhbət çox xoş keçdi.Bu təşkilatçılıq üçün Qafqaz Universiteti rəhbərliyinə və Məzun Koordinasiya Şöbəsinə təşəkkürünü bildirən məzunlarımız Qafqaz ailəsinin bir üzvü olmaqdan qürur duyduqlarını dilə gətirdilər.
BİZ DƏ SİZİNLƏ QÜRUR DUYURUQ.
Anar Məmişov
http://qu.edu.az/view_news.php?news=2276&link=&lang=az