Mesenat” sənət məbədində

22 May, 2012, Qafqaz Universiteti teatr dərnəyinin həvəskar aktyorlarının ifasında “Mesenat”ın anşlaqla keçən tamaşaları bu dəfə sənət məbədində-Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında tamaşaçıların hərarətli alqışları ilə qarşılandı. 
Tələbə aktyorlar xalqımızın yaddaşında xeyirxah əməlləri ilə dərin izlər buraxan xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ibrətamiz xidmətlərini və fəaliyyətini böyük həvəslə və ustalıqla canlandırdılar. 
Tamaşada dostlarının israrlı çağırışlarına baxmayaraq,  nəinki özünün, heç ailə üzvlərinin də Azərbaycandan ayrılmasına imkan verməyən mesenat və ictimai xadim Hacı Zeynalabdinin tamaşaçılara məlum olan əməlləri ilə  yanaşı, onun yeni səciyyəvi cəhətləri təqdim olundu, tamaşaçılara onun yolu ilə getmək, misilsiz xidmətlərindən oyrənmək tövsiyə edildi. 
 Sənətşünaslıq namizədi Zəminə Axundovanın quruluş verdiyi “Mesenat” tamaşasının premyerası Dövlət Gənc Tamaşaçılar Teatrında göstərildikdən sonra Abşeron rayon Mədəniyyət Evində, Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında teatrsevərlərə təqdim edilib.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq