Sumqayıt Özəl Türk Liseyində Yubiley Tədbirləri
Sumqayıt Özəl Türk Liseyində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə və
 9 May – Faşizm üzərində Qələbə Gününə həsr olunmuş tədbir keçirilib. 
Tədbir iştirakçıları əvvəlcə Böyük Vətən Müharibəsində və Qarabağda 
torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhramanlarn xatirəsini bir 
dəqiqəlik sükutla yad edidlər. Sonra Böyük Vətən Müharibəsindən və 9 May
 - Qələbə Günündən bəhs edən video çarx nümayiş etdirilib. Daha sonra 
liseyin bədii özfəaliyyət və xor kollektivi Vətən, torpaq mövzusunda 
mahnılar ifa ediblər və şeirlər söyləyiblər. Tədbirdə liseyin tarix 
müəllimi Vaqif  Yusifov çıxış edərək ümummilli lider Heydər Əliyevin 
fəaliyyəti və Azərbaycan tarixində yeri və rolu haqqında geniş məlumat 
verib. Sonra Böyük Vətən Müharibəsinin başlanma səbəbi, 9 May-Faşizm 
üzərində qələbə qazanılmasında xalqımızın igid oğullarının mərdliklə 
döyüşmələrindən və Azərbaycan neftinin əhəmiyyətindən danışıb.