Şagirdlərimiz bu il də yüksək nailiyyətlərə imza atacaqlar
“2011-2012-ci tədris ili liseyimiz üçün çox 
əlamətdar bir dərs ili oldu. Onun əlamətdarlığını çox şeylə 
əlaqələndirmək olar, amma ən mühüm olan bu dərs ilinin şirkətimizin 
fəaliyyətə başlamasının 20-ci ildönümü ilə üst-üstə düşməsidir”
 Bu sözləri Sumqayıt Özəl Türk Liseyinin 
(SÖTL) müdiri Ahmet Çamalan 28 may - Respublika Gününə və “Çağ” Öyrətim 
Şirkətinin fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş  “Gələcəyin 
ulduzları” adlı məzuniyyət proqramında deyib. Onun sözlərinə görə, bu 
tədris ilində rəhbərlik etdiyi kollektiv ölkəmizin və xalqın etimadını 
doğrultmaq üçün çox ciddi səylə çalışıb: “Şagirdlərimiz  həm respublika 
fənn olimpiadalarında, həm də beynəlxalq olimpiadalarda yüksək nəticələr
 əldə ediblər. Bunlara Respublika Fənn Olimpiadasında informatika fənni 
üzrə qızıl medal qazanmış Rəşid Qazıyev, yenə informatika fənni üzrə 
4-cü  yerlər qazanmış  Məmməd Bəxşəliyev və Əliağa Şirinovu, həmçinin 
Gürcüstanda keçirilmiş İYİPO Ətraf Mühit Layihə Olimpiadasında qızıl 
medal qazanmış Səmud  Əhmədovu, Bakıda keçirilmiş Ətraf Mühitin 
Mühafizəsi – İNEPO Avrasiya Beynəlxalq Layihə Olimpiadasında gümüş 
medallar qazanmış Rauf  Hüseynli və Nurlan Əhmədov, bürünc medal 
qazanmış Cavid  Tahirlini göstərə bilərik”. O, lisey şagirdlərinin idman
 yarışlarında da medallar əldə etdiklərini diqqətə çatdırıb.
A. Çamalan həmçinin qeyd edib ki, SÖTL-ün 2010-11-ci tədris ilində 
bitirən 60 məzunu ali məktəblərə qəbul zamanı 100%-lik nəticə göstərib: 
“Bu nəticəyə görə, liseyimiz respublikada 4500 məktəb arasında qəbul 
nəticələrinə görə, 5-ci, liseylər arasında isə 1-ci olub. Həmin 
şagirdlərimizdən 12 nəfəri 600 baldan yuxarı nəticə göstərib”. O bu il 
də şagirdlərin yüksək nailiyyətlərə imza atacaqlarını əminliklə dilə 
gətirib.
Tədbirdə bu il təhsildə və idmanda uğur əldə etmiş şagirdlər mükafatlandırılıblar. Mükafatları şagirdlərə “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Ənvər Özərən, Qafqaz Universitetinin rektoru Ahmet Saniç və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsut Kurnaz təqdim ediblər. Onlar uğur əldə etmiş şagirdlərə və bu il liseyi bitirən məzunlara gələcək həyatlarında uğurlar diləyiblər.
Daha sonra tədbirin bədii hissəsi başlanıb. Bədii hissədə liseyin ansambl, mahnı və şeir özfəaliyyət dərnəyinin üzvləri çıxış ediblər.
 http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43706