Tədbir Azərbaycan və Türkiyənin Dövlət
himnlərinin səslənməsi ilə başlanıb. Mərasimdə çıxış edən Gəncə Şəhər
İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev ümummilli lider Heydər
Əliyevin təhsilimizə verdiyi önəmdən ətraflı söz açıb. O, ölkə başçısı
İlham Əliyevin də bu sahəni həmiş diqqət mərkəzində saxladığını
bildirib. Onun sözlərinə görə, təkcə bu il Gəncədə 22 məktəb binası
əsaslı təmir olunur, maddi-texniki bazaları gücləndirilir. İcra başçısı
20 il öncə ölkəmizdə fəaliyyət başlamış “Çağ”ın fəaliyyətini də yüksək
dəyərləndirib.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən ilk türk
liseyinin Heydər Əliyevin xeyir-duası ilə Naxçıvanda fəaliyyətə
başladığını bildirib. Daha sonra bu tipli liseylərin ölkəmizin digər
regionlarında təşkil olunduğunu bildirən Ənvər bəy bu gün həmin
məktəblərin məzunlarının sorağının dünyanın müxtəlif ölkələrindən
gəldiyini bildirib. Onun sözlərinə görə, onlar diasporumuzun
fəaliyyətinə da öz töhfələrini verirlər.
Turkiyənin Gəncədəki Baş konsulu Haluk Ağca Gəncə Azərbaycan-Türkiyə
Özəl Liseyinin fəaliyyətindən məmnun olduğunu bildirməklə yanaşı,
məzunlara uğurlar da diləyib.
Tədbir çərçivəsində beynəlxalq bilik yarışlarında fərqlənmiş
şagirdlərə mükafatlar da təqdim olunub. Tədbir vətənpərvərlik mövzusunda
hazırlanan maraqlı ifalarla davam etdirilib.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43697