Qafqaz Universitetinin bir qrup tələbəsi neft platformasının quruluşu ilə tanış oldular
Qafqaz Universiteti Mühəndislik Fakültəsinin bir qrup müəllim və 
tələbə heyəti “AMEC” şirkətini ziyaret etdilər. Ziyarətin əsas məqsədi “AMEC” 
şirkətinin hazırda inşa etdiyi platforma ilə tanış olmaq idi. Tələbələr iş 
sahəsinə daxil olarkən mühəndislərin iş zamanı geydikləri xüsusi forma ilə təmin 
olundular. Bu formalar iş təhlükəsizliyi üçün vacib amillərdən biridir. 
Tanışlıq zamanı şirkətin amerikalı layihə rəhbəri tərəfindən 
yüksək səviyyədə qarşılanan tələbələr, daha sonra həmin mühəndisin təqdimatında 
şirkətin Azərbaycandakı gördüyü işlərlə tanış oldular. Şirkətin iş 
təhlükəsizliyi ilə əlaqədar məsul şəxsi tələbələrə  platformanı gəzərkən hansı 
qaydalara riayət etmələrini izah etdikdən sonra, iki qrup olaraq platformanı 
gəzdilər. Platformada layihə rəhbəri tələbələrə, bu platformanın planlaması, 
xammalların alınması, inşaatı, bir sözlə mühəndislərin gördükləri işlərlə tanış 
etdi. Layihə rəhbəri eyni zamanda tələbələrin maraqlandıran suallara da cavab 
verdi. 
“AMEC” şirkəti Azərbaycanda neft, qaz və tikinti sektorunda iri 
həcmli layihələri həyata keçirməkdədir. Şirkət Azərbaycanda 1997-ci ildən 
fəaliyyət göstərir və dünya üzrə illik gəliri 3 milyard dollardır.
Dos. İsa Qasimov