Kafkas İlköğretim okulunda “İngilis Dili” gecəsi keçirilib
Mayın
 11-də Kafkas İlköğretim okulunda “İngilis Dili” gecəsi keçirilib. 
Tədbir şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin 
oxunması ilə başlayıb. Sonra şagirdlər ingilis əlifbasını yallı rəqsiylə
 tanıdıblar. 
Bundan başqa Tıqtıq xanım, Turp və s. nağıllardan 
hazırlanmış səhnəcikləri ingiliscə göstərilib. Məktəblilərin 
hazırladıqları “İngilis Dili” gecəsində rəngarəng mahnılar, şerlər və 
maraqlı səhnəciklər iştirakçılarda xoş təəssüratlar oyadıb. 
Tədbirdə 
məktəbin müdiri İlhami Atmaca çıxış edərək tədbirin əhəmiyyətindən 
danışıb, şagirdləri və müəllimləri  təbrik edb. Gecədə iştirak edən 
valideynlər tədbirin maraqlı olduğunu və məktəbin pedaqoji kollektivinə 
təşəkkürlərini bildiriblər.