'Bioloji müxtəliflik' günü, Bakı Özəl Türk Liseyinin şagirdlərinin Eko-parka səfəri ilə qeyd olunmuşdur
“Eko-mərkəz”də təhlükəsizlik təlimatı ilə
tanışlıqdan sonra, qonaqlara “ARDNŞ-in Ekoloji layihələri” mövzusunda təqdimat
materialı nümayiş etdirilmişdir.
Sonra onlara “Eko-park”ın tarixçəsi, yaradılma məqsədi, parkın istehsalat sahələri və infrastrukturu, parkda quraşdırılan külək generatorları, günəş batereyaları və digər texnologiyalar barədə ətraflı məlumat verilmişdir.

Qonaqlar körpə fidanları xüsusi qablara köçürərək, qabların
üzərində öz ad və soyadlarını yazmışlar.
Daha sonra tədbir iştirakçılarının
parkın istirahət zonasında elektromobillər və velosipedlərlə gəzintisi təşkil
olunmuş və onlara “Eko-park”ın istehsalat fəaliyyəti ilə əyani olaraq daha
yaxından tanış olmaq imkanı yaradılmışdır.
Tədbirin sonunda məktəblilərlə xatirə şəkilləri çəkdirilmiş və bütün tədbir iştirakçılarına Ekologiya İdarəsinin xüsusi hədiyyələri təqdim olunmuşdur.
Tədbirin sonunda məktəblilərlə xatirə şəkilləri çəkdirilmiş və bütün tədbir iştirakçılarına Ekologiya İdarəsinin xüsusi hədiyyələri təqdim olunmuşdur.