UŞAQ VƏ YENİYETMƏLƏRİN İNKİŞAFININ SOSİAL-PSİXOLOJİ MƏSƏLƏLƏRİ - 2-ci Nəşri
Səhifə sayı:  236
Format: 17x24sm
Nəşr ili: 2012
ISBN: 978-9952-468-04-5
Format: 17x24sm
Nəşr ili: 2012
ISBN: 978-9952-468-04-5
Kitab uşaqlıq və yeniyetməlik dövrünün sosial‐psixoloji 
problemləriniaraşdıran vəsaitdir. Burada uşaqlıq və yeniyetməlik dövrü 
müxtəlif inkişafmərhələlərinə bölünüb, hər mərhələ üçün konkret 
problemlər göstərilmişdir.
Vəsaitdə “İnkişaf dövrlərinə baxış”, “Uşaq təlimi”, “Xarakter və 
xasiyyət”,“Əxlaq tərbiyəsi”, “Uşaqlıq dövrü davranış problemləri”, “Uşaq
 vəyeniyetmələrdə davranış pozuntuları”, “Yeniyetməlik dövrünə baxış” 
kimibir çox əhəmiyyətli mövzular ətraflı şəkildə öz əksini tapmış, bu 
mövzularkonkret nümunələrlə, sadə şəkildə izah edilmişdir.
Əxlaq tərbiyəsi və uşaq təliminə ayrılmış hissələrdə düzgün şəxsiyyətyetişdirmək üçün dəyərli məsləhətlər verilir.
Kitab nümunələr, illüstrasiyalar, şəkillər və cədvəllərlə zəngindir. 
Hərfəslin sonunda verilən sual və tapşırıqlar oxucunun öyrəndiklərini 
möhkəmləndirməyə imkan verir. Ayrıca bir fəsil isə testlər üçün ayrılıb.
Psixologiyanın müasir nailiyyətlərindən istifadə olunaraq toplanmış 
vətərtib edilmiş vəsait ailə‐uşaq tərbiyəsində ən mühüm fərdlər olan 
valideynlər,metodistlər, ali və orta ixtisas məktəb müəllimləri və geniş
 oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.