“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının Şagirdləri Amerikadan qızıl medalla qayıtdılar
Mayın2-7
 də Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində  məktəblilərin 
Enerji  Beynəlxalq Layihə Olimpiadasi (ISEEEP) keçirilib. Azərbaycanı 
olimpiadada  “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının  2 müəllim 
və 2 şagirddən ibarət  komanda ətraf mühit kateqoriyasında təmsil edib. 
Olimpiadada dünyanın 68 ölkəsindən, eləcə də ABŞ-ın 44 ştatından 500 
məktəbli istirak edib. Onlardan 220 nəfəri münsiflər heyəti tərəfindən 
dinlənilib. Toplanılan balların ümumi nəticəsinə görə “Qafqaz” 
Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının şagirdləri Fidan Həsənzadə və 
Aytən Məhəmməliyevanın təqdim etdiyi layihə birinci olaraq olimpiadanın 
qızıl medalına və diplomlara layiq görülüb.