Qafqaz Universitetində “ İKT-nin inkişafı” mövzusunda seminar keçirilib


Qafqaz Universitetində “Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı” mövzusunda seminar keçirilib. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, seminarda universitetin rektoru, professor Əhməd Saniç mərhum prezident Heydər Əliyevin informasiya-kommunikasiya texnologiyalarının inkişafına daim böyük önəm verdiyini, onun ideyalarının prezident İlham Əliyev tərəfindən həyata keçirildiyini vurğulayıb.

“Aztelekom” İstehsalat Birliyinin (İB) baş direktoru Məhəmməd Məmmədov ölkəmizdə İKT-nin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verən birlik rəhbəri sonra iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Sonra Qafqaz universitetinin rektoru qonağa günün xatirəsi olaraq plaket təqdim edib.
http://www.mia.az/news/20784.html

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq