Qafqaz Universitetində “İnkişaf, birlik və Məhdumqulu Fəraqinin şeir günləri” mövzusunda tədbir keçirilib
 
Səhiyyə / Təhsil
Qafqaz Universitetində “İnkişaf, birlik və Məhdumqulu Fəraqinin 
şeir günləri” mövzusunda tədbir keçirilib. Universitetin mətbuat 
xidmətindn SİA-ya verilən xəbərə görə, Böyük türkmən şairi və 
mütəfəkkiri Məhdumqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunan 
tədbir Türkmənistanın Azərbaycandakı səfirliyi və Qafqaz Universiteti 
tərəfindən təşkil edilib. Qafqaz Universitetinin rektoru, professor 
Əhməd Saniç Azərbaycan, Türkiyə və Türkmənistanın tarixi birliyindən 
danışıb. Böyük türkmən mütəfəkkiri Məhdumqulu Fəraqinin ədəbiyyata, 
mədəniyyətə dəyərli töhfələr verdiyini qeyd edən rektor şairin ədəbi 
irsinin əhəmiyyətini vurğulayıb.
Türkmənistanın
 Bakıdakı səfiri Toyli Komekov ölkəsi ilə Azərbaycan arasında ədəbi 
əlaqələrdən bəhs edib. Türkmənistanın iqtisadiyyatı, mədəniyyəti barədə 
danışan səfir, eyni zamanda tədbirin əhəmiyyətini diqqətə çatdırıb. 
Çıxış edən alim və mütəxəssislər Məhdumqulu Fəraqinin ömür yolundan, 
zəngin ədəbi yaradıcılığından danışıblar. Məhdumqulu Fəraqi 1733-cü 
(digər məlumata görə 1724-cü) ildə Türkmənistanın Ətrək vilayətində 
Kümbəzhovuzun şərqindəki Hacıqovşan adlı yerdə, başqa bir məlumata görə,
 Qızılbayır (indiki Şarlavuk) obasında türkmən ədəbiyyatının klassiki 
Dövlətməmməd Azadinin ailəsində doğulub. Məhdumqulu o zaman Orta Asiyada
 ən nüfuzlu təhsil müəssisəsi sayılan “Şirqazi” mədrəsəsində oxuyub. 
Buxara mədrəsəsinin məzunu olan Məhdumqulu burada münbit elmi-ədəbi 
mühitə düşmüş, Şərqin böyük alimlərinin elmi-fəlsəfi irsi ilə tanış 
olub. Məhdumqulu Türkmənistanın mənəvi qurucularından biri, bütün 
könüllərin şairidir. O, misilsiz söz ustası, sufi-ozan olmaqla yanaşı, 
müdrik filosof, ağıllı məsləhətçi, türkmənlərin ruhi dünyasının nurudur.
 Şair insanları daim vətənpərvərliyə, xeyirxahlığa çağırıb.
əlavə edilmə : 19-05-2012 01:09
Könül Kamilqızı
http://www.sia.az/index.php?action=static_detail&static_id=224955