Türkiyənin Ondoqquz May Universiteti rektorunun başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olmuşdur
Bakı, 23 aprel (AzərTAc). Türkiyənin Ondoqquz May Universitetinin rektoru, professor Hüseyn Akanın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olmuşdur.
Görüşdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç bu təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən danışmışdır.
Professor Hüseyn Akan ali məktəblər arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Təhsil əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Sonra Qafqaz Universiteti ilə Ondoqquz May Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Anlaşma Memorandumunda iki universitet arasında təcrübə mübadilələrinin aparılması, birgə proqram və layihələrin reallaşdırılması və digər məsələlər nəzərdə tutulmuşdur.

URL: http://www.azertag.gov.az/index_az.jsp?id=3111&date=2011-04-23